Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə istənilən formatda görüşə hazır olduğunu açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə Zelenski özünün “Telegram” kanalında məlumat verib. Onun sözlərinə görə, bu mövqeyini Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa ilə telefon danışığı zamanı da diqqətə çatdırıb.
“Mən Rusiya lideri ilə istənilən formatda görüşə hazır olduğumu bir daha təsdiqlədim. Qlobal Cənub üçün müvafiq siqnallar göndərmək və Rusiyanı sülhə sövq etmək vacibdir”, – Zelenski qeyd edib.
Ukrayna Prezidenti əlavə edib ki, beynəlxalq tərəfdaşlarla dialoqu davam etdirərək sülh prosesinə nail olmağa çalışır.
Fidan Hacızadə
Sfera.az