Qəbul nəticələri nə zaman açıqlanacaq? - RƏSMİ CAVAB

Qəbul nəticələri nə zaman açıqlanacaq? - <span style="color:#ff0000">RƏSMİ CAVAB</span>
Kateqoriya məlum deyil20.08.25, 09:0385 👁️
T

Xəbər verdiyimiz kimi, ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 19-da başa çatıb.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyimiz statistikaya görə, ümumilikdə 86 min 461 abituriyent və subbakalavr ixtisas seçimi edib.

 

İxtisas seçənlərin sayı belədir:
 
I qrupda – 23919 nəfər;
II qrupda – 19042 nəfər;
III qrupda – 24414  nəfər;
IV qrupda – 6966 nəfər;
V qrupda – 16517 nəfər.

 

Builki plan yerləri aşağıdakı rəqəmlərlə əks olunub:

 

I qrup üzrə plan yeri – 20385;
II qrup üzrə plan yeri – 14935;
III qrup üzrə plan yeri – 15583;
IV qrup üzrə plan yeri - 4732;
V qrup üzrə plan yeri – 4704.

 

Bəs ixtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq?


 
Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi iddia edib ki, ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri ən tezi 22 avqust, ən geci 23 avqustda elan olunacaq.

 

Sfera.az bu barədə Dövlət İmtahan Mərkəzinə sorğu ünvanlayıb.

 

DİM-dən sorğumuza cavab olaraq bildirilib ki, bu barədə dəqiq tarix hələ bəlli deyil.

 

Firuzə Əliyeva
Sfera.az


 

PAYLAŞ
Sehliyali
Yüklənir...