Kanadalı alimlər ocağın aktivləşməsindən qorxur - 7,5 ballıq zəlzələ gözlənilir

Kanadalı alimlər ocağın aktivləşməsindən qorxur - <span style="color:#ff0000">7,5 ballıq zəlzələ gözlənilir</span>
Kateqoriya məlum deyil18.08.25, 10:5919 👁️
T

Kanadalı alimlər 12 min ildir aktiv olmadığı düşünülən nəhəng qırılma xəttinin yenidən hərəkətə keçdiyini açıqlayıblar.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, Kanadanın Yukon bölgəsində yerləşən və “San Andreas” qırılma xəttini “kiçik qardaşı” adlandırılan 1000 kilometr uzunluğundakı Tintina qırılma xətti böyük təhlükə yaradır. Son tədqiqatlara əsasən, bu qırılma xətti 7,5 baldan güclü zəlzələ yarada bilər.


Araşdırmada deyilir ki, dünyanın səthi hərəkətsiz görünsə də, tektonik plitələr daim hərəkətdədir və bu da qırılma xətləri boyunca enerji yığılmasına səbəb olur. GPS ölçmələri nəticəsində Tintina qırılma xəttində hər il 0,2–0,8 millimetr arası zəif, lakin davamlı hərəkət qeydə alınıb. Bu isə qırılma xəttinin hələ də gərginlik topladığını sübut edir.


Alimlərin sözlərinə görə, belə bir zəlzələ baş verəcəyi halda, sürüşmə riski daşıyan Yukon bölgəsində ciddi dağıntılar yarana bilər.


Tədqiqatda xüsusi olaraq qeyd olunub:


“Tintina qırılma xətti, bölgə üçün əvvəllər məlum olmayan ciddi seysmik risk yaradır”.


Mütəxəssislər bildirirlər ki, artıq sual zəlzələnin olub-olmayacağı deyil, nə vaxt baş verəcəyidir.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...