Sietldən (ABŞ) olan Butler ailəsi yeddi yaşlı uşağın ideyasını uğurlu biznesə çevirib. İdeya sayəsində ailə böyük bir oyun şirkəti ilə müqavilə bağlayıb.
Sfera.az bildirir ki, hal-hazırda 15 yaşında olan Aleks Batler uşaq bağçasını bitirdikdən sonra (7 yaş) icad etdiyi “Taco vs Burrito” stolüstü oyunu sayəsində milyonçu olub.
Anası; sahibkar Lesli Pirson bildirib ki, ideya ona ailə gəzintiləri zamanı gəlib. Əvvəlcə qadın oğluna yalnız məhsul yaratmağın əsaslarını öyrətməyi planlaşdırırdı, lakin altı aylıq birgə müzakirələrdən sonra onlar bu ideyanı həyata keçirməyə qərar veriblər.
Aleksin atası Mark Butler Kickstarterdə kampaniya başladıb, daha sonra ailə şirkəti quraraq yeniyetməni əsas səhmdar edib. 2-4 oyunçu üçün nəzərdə tutulmuş və “Amazon”da satışa çıxarılan oyun bir həftə ərzində 1,5 milyon nüsxədən çox satılıb.
“Taco vs Burrito” oyunçuları adi və "vəhşi" kartlardan istifadə edərək "ən qəribə və ən vəhşi" yeməyi yaratmağa dəvət edir, o cümlədən "Qida Döyüşü", "Qarın ağrısı" və "Trash Panda". Bir dövrə təxminən 10 dəqiqə davam edir, oyunu 6 yaşından etibarən oynamaq olar.
Ailə bu yaxınlarda biznesini açıqlanmayan bir məbləğə Viskonsin ştatında yerləşən “PlayMonster”ə satıb. Aleks mediaya müsahibəsində layihəyə emosional bağlı olmadığını bildirib.
“Mən niyyətim sadəcə ondan bacardığım qədər çox pul qazanmaq idi” - deyə yeniyetmə bildirib.
İndi o, valideynləri ilə birlikdə qazandıqları pulu necə investisiya edəcəkləri üzərində işləyirlər. Aleks zarafatla “Lamborghini” xəyal etdiyini etiraf edir.
Aysel