Hazırda xaricdə yaşayan məşhur rusiyalı sənətçi Maksim Qalkin Yurmalada qəzaya düşüb:
Sfera.az bildirir ki, şəhərin ən sakit küçələrindən biri olan Vidus prospektində Maksim Qalkinin iştirakı ilə yol qəzası baş verib. Son bir neçə ildir Latviyada yaşayan Maksim Qalkin velosiped sürür, bütün yol hərəkəti qaydalarına əməl edir və qəza zamanı ayıq olub. Bu barədə jurnalist Bojena Rınska “Telegram” kanalında məlumat verib.
"Maşın o qədər köhnə model idi ki, şüşəsi də sınıq idi. Qalkinin qolu - arteriya, vətərləri kəsilib. Qolun sağalıb-sağmayacağı hələ bəlli deyil" - deyə Rınska qəzanın nəticələri barədə məlumat verib.
Onun sözlərinə görə, qəzanın günahkarı köhnə “Volkswagen”in sürücüsü olub və o, avtomobili əsas yola qədər sürəti azaltmadan yan küçədən çıxarıb. Toqquşma nəticəsində Qalkin qolundan ağır xəsarətlər alıb.
Xatırladaq ki, Ukraynada müharibə başlayandan sonra Maksim Qalkin açıq şəkildə işğala qarşı çıxış etmişdi. 2022-ci ilin martında o, həyat yoldaşı Alla Puqaçova və uşaqları ilə birlikdə İsrailə köçüb. O vaxtdan sənətçi müxtəlif ölkələrdə, o cümlədən İsrail, Latviya, Böyük Britaniya və Türkiyədə yenidən konsert fəaliyyətinə başlayıb.
Aynil