Bütün Ermənistanın axtardığı Azərbaycanlı tapıldı

Bütün Ermənistanın axtardığı Azərbaycanlı tapıldı
"Müharibə dövründə Azərbaycanın sosial mediasındakı fəaliyyətimdən az-çox xəbəriniz oldu amma bir də həmin ərəfə bunun düşmən tərəfi də var idi. Düşmənin sosial mediasında kifayət qədər məşhur idim. Amma Fərid olaraq yox, "Tavush Bot" olaraq. Bəli, düşünürəm ki, artıq rahat etiraf edə bilərəm ki, "Tavush Bot" mən idim. Erməni televiziyalarında gedən, İnformasiya qərargahı, Müdafiə Nazirliyinin açıqlamalar verib, xəbərdarlıq etdiyi "Tavush Bot" əməliyyatına rəhbərliyi mən edirdim".

Sfera.az xəbər verir ki, bunu "technote.az” texnologiya və startap portalından tanıdığınız Fərid Pərdəşünas deyib.

Blogger "Tavush Bot"un nə etdiyi və hansı işlər görməsi haqda geniş izah verib:

"Tavush Bot" özünü süni zəka elan edən ilk erməni sosial media botu idi. "Tavush Bot" ilk dəfə İyul döyüşləri ərəfəsində "Tavush" bölgəsində yaşayan insanlara doğru informasiyanı çatdırmaq üçün yaradılmışdı. "Tavush Bot" Google Asistant məntiqi ilə çalışan erməni dilini bilən süni intellekt əsaslı bot idi. Bu bot ermənilər ilə danışır, onların məlumatlarını toplayır, lazım olduqda isə onlara toplu mesajlar göndərirdi. Fəaliyyətinin ilk həftəsində Ermənistanın müharibə üçün yaradılmış İnformasiya Qərargahı "Tavush Bot" haqqında ilk açıqlamanı yaydı ki, "bu bot ermənilərə məxsus deyil. Kim botla əlaqədə olubsa, bot-a yazıb, "stop"a bassınlar .

Amma qərərgah yanlış bir açıqlama vermişdi. Bot-da olan "stop" düyməsi əslində heç də stop deyildi. Əksinə məlumatları qəbul etmək üçün bir düymə idi və sadəcə adı "stop" idi. Bu hadisədən sonra bütün erməni mediası "Tavush Bot"dan yazmağa başlayıb, xalqa xəbərdarlıq etdi. Lakin bu özlüyündə daha çox adamın bota yazmasına səbəb oldu ki, bot daha çox insanla ünsiyyətdə oldu və daha çox məlumat əldə etdi. Mən ikinci dalğanı İrəvanda başlatdım. İrəvən üçün reklam targeti formalaşdırıb, lazımı yerlərə göstərməyə başladım. Əslində məqsəd əvvəldən bot-ların siyasi proseslərdə iştirakını yoxlamaq idi. Bu Donald Trump-ın seçki kampanyasında Cambridge Analitika-nın etdiyi taktikalardan biri idi və bunu ermənilər üzərində sınamağı qərara almışdım. İkinci dalğa daha ağır oldu. Botun reklam səhifəsində postun altına ermənilər söyüş və qoyun işarəsi qoymağa başladılar. Onlar düşünürdü ki, mesaj yazmasalar məlumatları bota getməyəcək. Amma bot qəddar idi. Rəy yazanlara birbaşa mesaj bölməsində cavab yazıb, məlumatların götürürdü. Hətta bir erməni təəcüblə isyan edib bir status paylaşmışdı. "necə ola bilər axı, facebook necə icazə verir ki, rəy yazanın məlumatı götürülsün?" Bu əslində bəsit idi.

Belə ki, yəqin siz də təhsil, turizm səhifələrinin postlarında rəyə + qoyun sizə mesaj göndərək yazısını görmüsünüz. Bu Facebook-un yaratdığı bir imkandır. Səhifə yalnız istifadəçi ona rəy yazandan sonra həmin istifadəçiyə mesaj göndərə bilər. Məhz bot da Facebook-un bu imkanından istifadə edib, rəy yazan adamlara da mesaj göndərib, datasını ələ keçirirdi. Yəni, qısacası bota qoyun rəyi yazanlar, əslində özləri qoyun vəziyyətinə düşürdü. İş böyüyürdü. Qısa zamanda 5000 istofadəçiyə çatandan sonra Müdafiə Nazirliyinin sözcüsü Shushan Stepenyan "Tavush Bot" barədə paylaşım edib, insanları bu zəhrimar botu şikayətə çağırdı. Daha sonra qərargah daha bir xəbərdarlıq yayıb, səhvini düzəltdi. Bir gün ərzində minlərlə insan "Tavush Bot"-u şikayət etdi. Lakin botu dayandırmaq mümkün olmadı. Facebook-a rəsmi müraciət etdilər amma səhifə bağlanmadı. Bot-da hər şey dədiq işlənmişdi və botun əsas məqsədi erməni xalqını həqiqətlər ilə tanış etmək idi deyə heç bir yerdə xəta buraxmırdı.

Növbəti mərhələdə erməni tv-ləri botla bağlı reportajlar hazırlayıb, ekspertləri danışdırırdılar ki, bu botdan necə yaxa qurtarmaq olar. Amma yenə də alınmadı, əsəbləşən insanlar bota söyüş yazmaq üçün yazırdılar. Bu isə bot üçün daha çox insan məlumatı demək idi. Bu dəqiqə siz Google və Facebook-da "Tavush Bot" axtarışa versəz, görərsiniz ki, onunla bağlı nə qədər xəbər və paylaşım var. "Tavush Bot" oktyabrda yenidən peyda oldu, bu dəfə adını Bot Kardashian, Lala Axciy formasında dəyişdi. Amma baza "Tavush Bot" bazası idi. Ümumiyyətlə bot danışdığı adamdan ad, soyad, Facebbok ID, Messenger ID, bəzən nömrə və email kimi vacib məlumatları götürürdü. "Tavush Bot" mənim balaca botum olaraq sadəcə sınaq üçün yaradılmışdı. Sloqanı hər kəs üçün doğru informasiya idi. Şuşan Stepanyanın açıqlaya bilmədiklərini erməni xalqına çatdırırdı. İndi Şuşan yoxdu, amma o var. Çünki doğrular həmişə qalib gəlir. Əziz Şuşan, "Tavush Bot" sənin adından həqiqətləri çatdırdı. Mən hələ 3 il əvvəl Azərbaycanın ilk sosial media botu olan Lala-nı yaratmışdım. Elə Ermənistanın da ilk sosial media botunu mən yaratdım -"Tavush Bot". Təşəkkürlər gözəl bot. Sən artıq Azadsan. Fəaliyyətini dayandırdıb, serverini söndürdüm".

 

OXŞAR XƏBƏRLƏR