Bu vitamin koronavirusla mübarizəyə kömək edir - ALİMLƏR

Bu vitamin koronavirusla mübarizəyə kömək edir - ALİMLƏR
 Hollandiyalı alimlər K vitamininin koronavirus müalicəsində effektiv olması barədə elmi tədqiqat aparıb.

Sfera.az bildirir ki, Canisius Wilhelmina xəstəxanasında koronavirus ağırlaşması ilə daxil olan və vəfat edən pasiyentlərdə daha çox bu vitamin defisiti aşkar olunub.

Alimlər K vitamininin hansı metodla koronavirusa üstün gələ biləcəyini açıqlayıb.
Belə ki, COVID virusu qanın laxtalanmasını pozur, tromb yaradır və ağciyərlərin elastik liflərinin deqradasiyasına səbəb olur.

Məhz K vitamini elə bir zülal sintezində tol oynayır ki, o qanın laxtalanmasını tənzimləyir və ağciyərləri qoruyur.
Bu vitamin qida ilə orqanizmə daxil olur və həzm sistemi tərəfindən vitaminə çevrilir.

Holland alimləri bu iddialarının təsdiqlənməsi üçün kliniki tədqiqatlara başlamaq fikrindədir.

Doktor Rob Yansen bildirib ki, vitamin K ilə koronavirusun profilaktikası və müalicəsi uğurlu ola bilər. Bu vitamin yalnız qanın laxtalanmasına qarşı varfarin kimi dərmanları qəbul edənlərə məlsəhət deyil. Qalan hər kəs üçün vacibdir.
 
"Məsləhətimiz odur ki, pandemiya dövründə hər kəs bu vitamin əlavələrini qəbul etsin. Bu vitamin sizin damarlarınız,sümükləriniz üçün vacibdir".

Qeyd edək ki, K vitamini ispanaq, brokoli, giləmeyvələr, yaşıl tərəvəzlər, holland pendirində çoxdur. (medicina.az)

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...