No Image
No Image

Bu tarixdən bütün təhsil işçilərinə peyvənd vurulacaq - Nazir AÇIQLADI

Bu tarixdən bütün təhsil işçilərinə peyvənd vurulacaq - Nazir AÇIQLADI
Hazırda respublika üzrə məktəblərdə müəllimlərin 50 faizi vaksinasiya edilib.

Sfera.az xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev açıqlama verib.

Onun sözlərinə görə, Bakı şəhəri üzrə müəllimlərin 54 faizi, Sumqayıt şəhəri üzrə 69 faizi, Abşeron üzrə 60 faizi, digər rayonlar üzrə 50 faizi vaksinasiya edilib:

"Bu 50 yaşından yuxarı olan müəllimlərdir. Bu yaxşı nəticədir. Lakin nəzərə almaq lazımdır ki, birinci vaksin vurulduqdan sonra immunitet əldə edilmir. Yalnız ikinci vaksindən 14 gün sonra insanda immunitet formalaşmağa başlayır. Başqa sözlə birinci vaksindən 42 gün sonra immunitetin formalaşdığını müşahidə edirik. Vaksinasiya prosesinin təsirlərini apreldən may ayına doğru görəcəyik. Hazırda vaksinasiya prosesi davam edir”.

Nazir qeyd edib ki, növbəti həftədən etibarən bütün təhsil işçilərinin yaşından asılı olmayaraq vaksinasiyasına başlanılacaq. Bu proses bütün təhsil müəssisələrində baş tutacaq.
 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Hazırkı dərsliklərlə yola çıxsaq, yolda qalacağıq” – Ekspert dəyişən təhsil şərtlərindən danışdı

"Koronavirus pandemiyası dünyada milyonlarla insanın təhsil almaq formasını dəyişdirib. Bundan sonra təhsil üçün yeni alətlər çox ehtiyac duyulan yenilikləri ...

Məktəblərlə bağlı mühüm AÇIQLAMA

Yoluxma sayı azalarsa, ənənəvi təhsil bərpa edilə bilər. Sfera.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib ki,...

Bu gündən dörd şəhər, bir rayonda məktəblər bağlandı

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədris dayandırılıb. Sfera.az xəbər verir ki, bunu...

Bu tarixdən bütün təhsil işçilərinə peyvənd vurulacaq - Nazir AÇIQLADI

Hazırda respublika üzrə məktəblərdə müəllimlərin 50 faizi vaksinasiya edilib. Sfera.az xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev açıqlama ve...

Emin Əmrullayev təhsillə bağlı sualları CAVABLANDIRACAQ

Aprelin 3-də təhsil naziri Emin Əmrullayev rəsmi "Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili ilə bağlı ictimaiyyəti və medianı maraqlandır...

Aprelin 5-dən uşaq bağçaları da bağlanır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi aprelin 5-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və...