Bu şəxslərin ölkədən çıxışına qadağa qoyulacaq

Bu şəxslərin ölkədən çıxışına qadağa qoyulacaq
 

Məcburi dövlət sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarını ödəməyənlərin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

Sfera.az-ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilən Mülki Prosessual Məcəllə və Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Qüvvədə olan Mülki Prosessual Məcəllənin 305.1.12-ci maddəsinə  əsasən, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır.

Dəyişikliyə əsasən, bu maddə yeni redaksiyada verilir. Yeni redaksiyaya əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta  və işsizlikdən sığorta  haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Miqrasiya Məcəlləsinə də müvafiq dəyişiklik edilir. Qüvvədə olan Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ məhdudlaşdırıla bilər. Dəyişikliyə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta  və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər,  məcburi dövlət sosial sığorta , icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tərtib edilmiş maliyyə sanksiyalarının ödənilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda məhdudlaşmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ məhdudlaşdırıla bilər.


OXŞAR XƏBƏRLƏR

Rafael Ağayev əməliyyat olundu - FOTO

Karate üzrə dünya və Avropa çempionu Rafael Ağayev əməliyyat keçirib.   Sfera.az xəbər verir ki, bu barədə idmançı özü paylaşım edib.   ...

Sakinlərə XƏBƏRDARLIQ: Bu saatlarda liftdən istifadə etməyin

Mayın 9-da səhər saat 09:00-dan günorta 13:00-a qədər Moskva sakinlərinə liftlərdən istifadə etməmələri bildirilib.   Sfera.az xəbər verir ki, b...

İlham Əliyev "Xocalı" yarımstansiyasının açılışında iştirak etdi

Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin "Xocalı" yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzin...

Yeni Papa ilk xütbəni verdi: “İncili təbliğ edin"

Vatikanın Müqəddəs Pyotr Bazilikasında keçirilən mərasimdə Katolik Kilsəsinin yeni rəhbəri Papa XIV Leo ilk xütbəsini verib. Ənənəvi ayinlər çərçivəsində keçiri...

Nazan Öncəl xəstəxanaya yerləşdirildi

Türkiyənin tanınmış müğənnisi Nazan Öncəl xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə müğənni özü sosial şəbəkə hesabında mə...

DTX-da Ulu Öndər Heydər Əliyevin 102 illiyi qeyd olunub - FOTOLAR

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti...