Bu şəxslərin əmək haqqı belə hesablanacaq – Baş nazirdən qərar

Bu şəxslərin əmək haqqı belə hesablanacaq – Baş nazirdən qərar

Baş Nazir Əli Əsədov "Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində yaradılan ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarı təsdiqləyib.

Sfera.az xəbər verir ki, qaydalara görə, ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin saathesabı ödənilməsi məbləği bir saat üçün 15,0 manat müəyyən edilir.

- Ekspertiza işlərinə cəlb edilən ekspertlərin əməyinin ödənilməsi üçün sərf olunan vaxta əsasən saat normaları aşağıdakı kimidir:

1.ekspert şurası üzvlərinin ekspert şurasının iclasında iştirakı - 3 saat;

2. fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya və sənədlərin ekspertizası - 12 saat;

3. elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya və sənədlərin ekspertizası - 16 saat;

4. xarici ölkələrdə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması üçün təqdim olunmuş sənədlərin ekspertizası - 8 saat;

5. xarici ölkələrdə verilmiş elmlər doktoru elmi dərəcəsi haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş elmlər doktoru elmi dərəcəsi haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması üçün təqdim olunmuş sənədlərin ekspertizası - 12 saat;

6. professor elmi adı almaq üçün təqdim olunmuş sənədlərin ekspertizası - 6 saat;

7. dosent elmi adı almaq üçün təqdim olunmuş sənədlərin ekspertizası - 4 saat;

8. xarici ölkələrdə verilmiş dosent elmi adı haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş dosent elmi adı haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması üçün təqdim olunmuş sənədlərin ekspertizası - 2 saat;

9. xarici ölkələrdə verilmiş professor elmi adı haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş professor elmi adı haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması üçün təqdim olunmuş sənədlərin ekspertizası - 4 saat.

- Ekspert şurasının sədri, sədr müavinləri və elmi katiblərinin ekspert şurasının iclasında iştirakına bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilən saat normasının ikiqat əmsalı tətbiq edilir.

- Ekspertiza işlərinə cəlb edilən ekspertlərin əməyinin ödənilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi və "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

- Ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin saathesabı ödəniş haqları Komissiyanın xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

-  "Ekspertiza işlərinə cəlb edilən ştatdankənar ekspertlərin əməyinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 16 iyun tarixli 99 nömrəli Qərarının müddəaları Komissiyanın nəzdində yaradılan ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin ödənilməsinə şamil edilmir. (yeni sabah)

OXŞAR XƏBƏRLƏR

Damlanı tək qoymayaq - Bu qızın yardımınıza ehtiyacı var

12 yaşlı Səmədli Damla Bayram qızının sağ əlinin orta barmağında kista var. Əməliyyatı üçün 1300 azn lazımdır. Ailənin imkanları məhdud olduğu üçün onu...

“Paytaxtda da oğlumun xatirəsinin əbədiləşdirilməsini istərdim” – Polad Həşimovun anası

  Qəbələdə şəhid general-mayor Polad Həşimovun adını daşıyacaq küçə müəyyənləşib.  "MediaPost"un məlumatına görə, şəhərin ikinci ən böyük küçəsinə P...

Azərbaycanda karantinlə bağlı daha bir qadağa LƏĞV OLUNDU

  İyunun 21-dən etibarən ölkədə elan olunan sərtləşdirilmiş xüsusi karantin rejimini ilə əlaqədar "DOST” mərkəzlərində fasilə verilən vətəndaş qəbulu bərp...

Neft mədənlərinin ərazisini zəbt etməkdən doymayan makler-residivist Niyazi İsmayılov - FOTOLAR

Neft sənayesi Azərbaycan iqtisadiyyatının lokomotivi hesab olunur. Ona görə də ölkənin neft sənayesi obyektlərinin, boru xəttlərinin, neft quyularının təhlükəsi...

Azərbaycanda koronavirusla bağlı sevindirici xəbər - RƏSMİ

 "Epidemiyanın inkişafının qanunauyğunluqları var. Bu qanunauyğunluqlar ondan ibarətdir ki, epidemiya başlayır, qalxan istiqamətdə yoluxmaların sayı artır,...

İsmayıllı şəhəri ərazisində reydlər davam edir

"05 avqust 2020-ci il tarixdə növbəti reyd keçirilib. Şəhər ərazisində olan marketlər, həmçinin bazar və bazarətrafı ərazidə yerləşən ticarət, ictimai iaşə, x...