Bu milyonluq bağ evi Manafın deyil? - Dünyanın hər yerində mənim evim var - FOTO

Bu milyonluq bağ evi Manafın deyil? - Dünyanın hər yerində mənim evim var - FOTO
 

"Deyirlər, bağ evi sizin deyil, dostunuzun bağ evidir". 

Sfera.az milli.az-a istinadla xəbər verir ki, bu sualla Zaur Kamal "5/5"də evindən birbaşa canlı bağlantı etdiyi Manaf Ağayevə müraciət edib.

Berlin səfərindən Bakıya yeni qayıdan sənətçi bu məlumatı təkzib edib:

"Burada "kupça" var da. Niyə, biz nə gündə kişiyik ki, kiminsə bağında qalırıq! Nə məcburdur ki? Yoxdur, yoxdur da. Dünənə kimi olmamışdı, ölürdük ki? 25 ildən çoxdur... 

Zaur, sən bilirsən ki, mən yataqxanada da qalanda göstərmişəm ki, mən burada qalmışam. Bağ indi nə böyük şeydir ki? Mənim üçün çox azdır o. Hələ ondan böyükləri olmalıdır. 35 ildir can qoyuruq, bir bağımız var da, nəyimiz var. Restoranımız yox, şadlıq evimiz yox. Nə gündəyik ki, kiminsə bağında gedək qalaq? Var qalırıq, yoxdur da bağı olmayanlar ölür ki, mən də ölürəm?!" 

Zaur ardınca Manaf Ağayevə "Hara gedirsiniz arxanızca kütlə gəlir. Rusiyaya gedirsiniz hava limanında sizi bahalı-bahalı maşınlarla qarşılayırlar. Hara gedirsiniz belə. Bu hörməti necə qazandınız?" sualını ünvanlayıb.

Manaf suala "Mən bunun üçün can qoymuşam. Mən bunun üçün pul xərcləmişəm, əziyyət çəkmişəm. Heç kim heç kimi elə-belə gəlib çox istəmir. Ona görə də dünyanın hər bir yerində mənim evim var. Bu boğazdan yuxarı deyil. Doğrudan olanı deyirəm. Dünyanın harasına gedək, mənim orada evim var" cavabını verib.


OXŞAR XƏBƏRLƏR

Ruhi hamıdan gizlətdiyi əkizləri ilə şəklini paylaşdı - FOTOLAR

İş xanımı Ruhi Əliyeva övladları ilə birgə çəkilmiş fotosunu izləyiciləri ilə bölüşüb.  Sfera.az Qadin.Az-a istinadən bildirir ki,  biznes-ledi fotoy...

Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi - FOTO

  Türkiyənin "TV8” telekanalının sahibi, məşhur prodüser və aparıcı Acun Ilıcalının "Instagram” hesabından açdığı canlı yayımı üç milyondan artıq istifadə...

Min manatlıq ətir vuran Günay: “Ulduz həyatı yaşamasaq, bizə hörmət qoymazlar” - FOTO

 Müğənni Günay İbrahimli "Xəzər TV”də yayımlanan "5/5” axşam şousunda maraqlı açıqlamaları gündəmə səs salıb. Sfera.az xəbər verir ki, verilişin apar...

Xalq artisti Röya yeni paylaşımı ilə gündəmi alt-üst etdi - FOTO

May ayına planlaşdırılmış konsertini payıza təxirə salan Xalq artisti Röya Ayxan açıq-saçıq, ağlı-qaralı fotosu ilə şou-biznesin sükütünü pozub. Sfera.az ...

Aygün Kazımova yeni görünüşü ilə gündəmə damğa vurdu - FOTO

 Xalq artisti Aygün Kazımova yeni dəbdəbəli görünüşü ilə diqqətləri üzərinə cəmləyib. Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Teatrının s...

Rəvan Qarayev: “Aliment ödəmirəm” - FOTO

 Evlənib-boşanması ilə gündəmə gələn müğənni Rəvan Qarayev verdiyi açıqlama ilə yenidən diqqətləri üzərinə çəkib. Sfera.az xəbər verir ki, ATV-də yay...