“Bu iki dövlət qurumu bir-birinin elektron sənədini tanımadı”

“Bu iki dövlət qurumu bir-birinin elektron sənədini tanımadı”
"Hələ də bir dövlət qurumu digər dövlət qurumunun elektron sənədini tanımır. Bu gün Balakən ASAN-da elə bir situasiya ilə rastlaşdım ki, yumşaq desəm, biabırçılıqdır”.

Sfera.az xəbər verir ki, bunu  Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib. Ekspert ASAN Xidmət və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri Xidmətinin rəqəmsallaşma səviyyəsinin yetərli olmamasından şikayətlənib: 


"Notariusla bağlı məsələləri heç bir problem olmadan, son zamanlar hazırlanan ən faydalı rəqəmsal həll ilə, Mobil Notariat vasitəsilə aldığım etibarnamə əsasında həll etdim və zəruri xidmətləri problemsiz aldım.

Növbəti xidməti almaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri Xidmətinə yaxınlaşdım. Bildirdilər ki, Mobil Notariat sistemini görə bilmirlər və bu səbəbdən də elektron etibarnamə onlar üçün məqbul deyil.

İsrar etdim, mümkün olmadı. Sistemləri inteqrasiya olunmadığından dövlət qurumları bir-birinin elektron sənədlərini tanımırlar.


Açdım öz telefonumdakı Mobil Notariat sistemini , elektron etibarnaməni göstərdim, Reyestr Xidməti qəbul edə bilməyəcəyini bildirdi.


Kağız formada istədi. Əvvəl ümumiyyətlə sadəcə kağız formada deyil, yenidən notarial təsdiqlə kağız formada tələb olunduğunu bildirdi.


Təəssüf ki nə ASAN, nə də Reyestr Xidmətində elektron sənədin kağız formada çapını reallaşdıra bilmədilər. Belə imkan olmadığını bildirdilər.


Belə olduqda, Reyestr Xidməti Mobil Notariat sistemin özündən kağız formada çıxarışı qəbul edə biləcəyini qeyd etdi.


Lakin məlum oldu ki, mövcud qaydalara görə mən Mobil Notariat sistemindəki elektron sənədi kağız formaya çap etdikdə onu yenidən notarial qaydada təsdiqlətməliyəm!


Hansı ki, artıq bir dəfə ödəniş edilib və elektron qaydada etibarnamə alınıb.


Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri Xidmətinin rəqəmsallaşma səviyyəsi yetərli olmadığından, Elektron Hökumətin İnkişafı Mərkəzi inteqrasiyanı başa çatdıra bilmədiyindən belə bir anormal vəziyyət var”.




 

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...