Bu gün casusluqda ittiham olunan ermənilərin məhkəməsi keçiriləcək

Bu gün casusluqda ittiham olunan ermənilərin məhkəməsi keçiriləcək
Casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Sfera.azxəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək prosesdə şahidlərin ifadə verəcəyi və iş üzrə olan sənədlərin tədqiq ediləcəyi gözlənilir.

İttihama görə, təqsirləndirilən şəxslər qabacaqdan əlbir olaraq qrup şəklində Azərbaycan sərhədlərini qanunsuz keçərək hərbi məlumatlar toplayaraq Ermənistanın xüsusi xidmət orqanlarına ötürərək casusluq edib.

Belə ki, təqsirləndirilən şəxslər 2019-cu ildə Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunublar. Onlar 2020-ci il sentyabr ayında Davit Davtyanla birlikdə Sünikdən Gorusa, oradan da Azərbaycan ərazisinə daxil olublar. Təqsirləndirilən həmin ərazidə ermənilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olaraq, qanunsuz silah-sursat əldə ediblər. Daha sonra onlar döyüş əməliyyatları gedən ərazilərdə Azərbaycan ordusunun yerləşdiyi mövqeləri, say tərkibi və s. məlumatları toplayaraq Ermənsitan xüsusi xidmət orqanların ötürülüblər.

2020-ci il noyabr 11-də təqsirləndirilən şəxslər Laçın dəhlizi ilə Şuşa şəhərinə gələn zaman Azərbaycan Silahlı Qüvvələrin əməkdaşları tərəfindən saxlanılıblar.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq)
279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev şəhid ailələri və qazilərlə bağlı SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar...

Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalına start verildi

Ağdamda Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalına start verilib. Sfera.az-ın xəbərinə görə, Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində keçirilən təd...

Prezident İqtisadiyyat Nazirliyinin səlahiyyətini azaltdı - FƏRMAN

Prezident İlham Əliyev "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 29 yanvar 2019-cu il tarixli fər...

Azərbaycan, əhalisi ən az balıq istehlak edən ölkələrdən biridir - İldə 7,3 kiloqram...

Azərbaycan, əhalisi dünyada ən az balıq və balıq məhsulu istehlak edən ölkələrdən biridir. Rəsmi məlumatlatlara əsasən, ötən il ölkəmizdə adambaşına düşən balıq...

Nazir məşhur telejurnalistə Şuşada vəzifə verdi

Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub. Sfera.az-ın xəbərinə görə, bu vəzifəyə tanınmış telejurnalist Fəxrəddin Hacıbəyli təyinat alıb. ...

Şəhid anasının etirazına rəsmi cavab – Mingəçevir Şəhər İcra Hakimiyyətindən açıqlama

"İki oğlu şəhid olmuş ananın Mingəçevir rəhbərliyinə və deputat Aydın Mirzəzadəyə kəskin etirazı” başlıqlı müsahibəyə cavab olaraq Mingəçevir Şəhər İcra Hakimi...