Bu fənn üzrə İLK DƏFƏ müəllimlərin işə qəbulu başladı

Bu fənn üzrə İLK DƏFƏ müəllimlərin işə qəbulu başladı
2021-2022-ci tədris ili üçün ilk dəfə olaraq "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində informatika fənni üzrə müəllimlərin işə qəbulu həyata keçirilir.

Təhsil Nazirliyindən Sfera.az-a bildirilib ki, müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə "Rəqəmsal bacarıqlar" layihəsi üzrə də vakansiya seçmək imkanı veriləcək.

İnformatika fənnini yeni formatda tədris etməyi hədəfləyən layihə üzrə çıxarılan vakansiyaları müsabiqədə iştirak edərək müvafiq bal toplayan namizədlər seçə biləcəklər.

Qeyd edək ki, Təhsil Nazirliyi və "Alqoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində şagirdlərdə alqoritmik düşüncə, məntiq, layihə işləmə bacarıqları inkişaf etdirilir və onlara proqramlaşdırmanın əsasları öyrədilir. 2017-ci ildən etibarən həyata keçirilən layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...