Bu erməni terroru da bizi yıxa bilmədi... - VİDEO

Bu erməni terroru da bizi yıxa bilmədi... - VİDEO
Ermənistan Silahlı Qüvvələrinin Bərdə şəhərinə raket hücumları ilə törətdiyi terrordan bir il ötür.

Sfera.az xəbər verir ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri Bərdənin dinc əhalisini hücuma məruz qoyub.

Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan "Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik klaster tipli iki raket zərbəsinin endirilməsi nəticəsində beşi qadın olmaqla, 21 nəfər həlak olub, səkkizi uşaq, 15-i qadın olmaqla, 70 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.
 
Ölənlərin siyahısı:

1940-cı il təvəllüdlü Yalçın Rizvan oğlu İsgəndərov

1947-ci il təvəllüdlü Ağamoğlan Bəylər oğlu Quliyev

1950-ci il təvəllüdlü Hümbət Süleyman oğlu Süleymanov

1961-ci il təvəllüdlü Solmaz Sədrəddin qızı Qasımova

1969-cu il təvəllüdlü Fazil Hacı oğlu Hacıyev

1969-cu il təvəllüdlü Leyla Elmir qızı Mustafayeva

1971-ci il təvəllüdlü Məhərrəm Ənvər oğlu Mustafayev

1972-ci il təvəllüdlü Çərkəz Xanlar oğlu Mirzəliyev

1972-ci il təvəllüdlü Gülşən Mehrab qızı Hüseynova

1975-ci il təvəllüdlü Mirsaqi Yusif oğlu Əhmədov

1977-ci il təvəllüdlü İntiqam Ələmdar oğlu Xıdırov

1983-cü il təvəllüdlü Əsgər Mahir oğlu Allahverdiyev

1984-cü il təvəllüdlü Ruslan Məhəmməd oğlu Abbasov

1986-cı il təvəllüdlü Sadiq Sahib oğlu Əliyev

1988-ci il təvəllüdlü Fuad İsa oğlu İsmayılov

1990-cı il təvəllüdlü Amil Fazil oğlu Cəfərov

1990-cı il təvəllüdlü Dəyanət Tahir oğlu Kazımov

1990-cı il təvəllüdlü Vasif Vaqif oğlu İsmayıllı

1991-ci il təvəllüdlü Rəşaf Vaqif oğlu Şəfiyev

1995-ci il təvəllüdlü Tükəzban Çərkəz qızı Mirzəliyeva

1995-ci il təvəllüdlü Niftalı Səlim oğlu Paşayev.

 

 
(Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR