\"Bu da planın tərkib hissəsidir” - Ekspert ABŞ-Türkiyə yaxınlaşmasını şərh etdi

\
"ABŞ və Rusiya Cənubi Qafqazda yeni strategiyasında Türkiyə ilə əməkdaşlığa üstünlük verəcək”.

Sfera.az-ın məlumatına görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, Qarabağ müharibəsindən sonra yeni bir nizamın formalaşması, Azərbaycan və Türkiyə tandeminin önə çıxması, bu prosesdə Rusiyanın da regionda aktivliyi Vaşinqtonun regionla bağlı strategiyasında yeni bir dəyişikliyə və aktivliyə yol açdı:

"Rusiyanın Cənubi Qafqazda inkişaf edən siyasi-hərbi planlarına qarşı ABŞ -ın təkbaşına mübarizə aparması xeyli dərəcədə zəifləyib. Bayden-Putin görüşündə Cənubi Qafqazda post-müharibə dövründə cərəyan edən Ermənistanla Azərbaycan arasında yaşanan gərginliklər müzakirə edilsə də, tərəflərin regionla bağlı siyasətində diametral fərqlilik qalacaq. Çünki Vaşinqtonun Rusiyanın regionda güclənməsini qəbul etməsi özünün Gürcüstan və Ermənistandakı siyasətinə ciddi zərbə vurur. ABŞ-ın məhz bu məsələdə Türkiyə amilindən istifadə edərək Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflətmək siyasətinə üstünlük verməsi gözlənilir. ABŞ dövlət katibinin köməkçisinin regiona səfəri məhz bu planın tərkib hissəsidir”.

Politoloq bildirib ki, ABŞ-ın Türkiyə vasitəsilə Cənubi Qafqaz, Mərkəzi Asiya və Əfqanıstan siyasətində yeni bir strateji  xətt ortaya qoyması reallaşır:

"İsveçrədə  Bayden və Ərdoğanın görüşündə bu kontekstdə danışıqlar aparılacağı və razılaşmalar əldə ediləcəyi istisna deyil. Əsasən, Ərdoğanın Şuşaya gəlişi və buradan verəcəyi mesajlar Türkiyənin regional gücünü ortaya qoyacaq və ABŞ -da bu məsələdə onunla həmrəy olacaq. Regionda ciddi dəyişikliklər gözlənilir və baş verənlər  Azərbaycana müsbət perspektivlər vəd edir. Buna baxmayaraq, Rusiya Qarabağda öz məsuliyyət zonasında situasiyanı gərginləşdirə bilər. Rusiyanın hətta separatçıların əli ilə atəşkəsi pozması mümkündür. Bu da Azərbaycan üçün əlavə dividentlər əldə etməsinə gətirib çıxara bilər. Ümumiyyətlə, ABŞ regiona Türkiyə vasitəsilə daxil olur. Hazırkı müstəvidə bu, Azərbaycanın maraqlarına uyğundur”.

Günay Rəsulqzı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanıldı

Sumqayıtda özünü qazi kimi təqdim edərək dələduzluq əməlləri törtətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Elşad Nağıyev saxlanılıb.   Sfera.az x...

Barmaq şaqqıldatmağın ziyanı varmı? - ARAŞDIRMA NƏTİCƏLƏRİ

Barmaq şaqqıldatmaq bəzi insanların gündəlik vərdişlərindən biridir. Digər tərəfdən, bu vərdişin artrit kimi problemlərə gətirib çıxaracağı ilə bağlı narah...

Ticarətdə meymun diplomatiyası - Yağ alanlara oranqutan hədiyə ediləcək 

Malayziya palma yağı ixrac etdiyi bəzi ölkələrə oranqutan hədiyyə etməyi planlaşdırır.  Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağl...

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata birgə bəyanatla ÇIXIŞ ETDİLƏR - YENİLƏNDİ - 2

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər. &nbs...

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər İMZALADI - SİYAHI

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb.   Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədov və vitse-prezident Cevdet Yılmaz Azərbayca...

Ərdoğan Əli Əsədovu QƏBUL ETDİ - YENİLƏNDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan Baş nazir Əli Əsədovu qəbul edib.   Sfera.az xəbər verir ki, qəbul zamanı Azərbay...