BŞBPİ-nin İdarə rəisindən mitinq açıqlaması: "Saxlanılanlar var..."

BŞBPİ-nin İdarə rəisindən mitinq açıqlaması:
 

"İki gün öncə televiziya vasitəsilə də tərəfimdən müraciət olunmuşdu ki, Bakı şəhəri "28 May" metrostansiyasının qarşısında heç bir aksiya keçirilməyəcək. Bir daha xatırladıram ki, metronun mühafizə zonasına daxil olan heç bir yerdə heç bir aksiya keçirilə bilməz.

Bununla bağlı çıxış elədim və ictimaiyyəti məlumatlandırdım".

Sfera.az-ın məlumatına görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlı deyib.

 

İdarə rəisinin sözlərinə görə, cəhd edən insanlar olub, onların da qarşısı polis tərəfindən qətiyyətlə alınıb: "Saxlanılanlar var, onların haqqında da tədbir görüləcək. Onlar təxribat yaratmaq məqsədilə ictimai asayişi pozmağa cəhd etdilər, qarşıları da qətiyyətlə alındı. Hesab edirəm ki, mitinq keçirmək istəyirlərsə, onlar üçün çox yaxşı münasib yer ayrılmışdı".

OXŞAR XƏBƏRLƏR

Ağcaqanadlar koronavirus yayırmı? – HƏKİMLƏR DANIŞDI

"Ağcaqanadın koronavirusu yayması barədə gəzən söz-söhbətlər qeyri-ciddidir”. Bu sözləri Sfera.az-a açıqlamasında ağcaqanadların koronavirusu yaya bilmə...

Türkiyənin Azərbaycandakı səfiri: Mənsimovla vaxtaşırı görüşürük

"Mais Mənsimov hazırda Türkiyənin fəxri konsulu vəzifəsinin icrasını davam etdirir”. Bu sözləri Sfera.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki fövqəlad...

ABŞ Heritage Fondu: Azərbaycandan Türkmən qazı Avropaya nəql edilməlidir

ABŞ-ın ən tanınmış düşüncə mərkəzlərindən olan Heritage Fondu (Heritage Foundation) G7 (Böyük Yeddilər) Sammiti öncəsi ABŞ Prezidenti Donald Trampın dünya...

“Guardian” Eldar Mahmudovun və övladlarının 100 milyon funt sterlinqindən yazdı - TƏFƏRRÜAT

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı şokedici məxfi məlumatlar yayılıb. Sfera.az-ın məlumatına görə, nüfuzlu "Guardian” qəzeti Eldar ...

Məğlub tərəf olmaqdan bezginliyin hayqırtısı...

Vurmalıydıq, vurmamalıydıq? İndi ölkə gündəmini müəyyənləşdirən sosial şəbəkələrdə müzakirələr bu sual ətrafında aparılır. Xalq olaraq sanki iki böyük hissəyə...

“Əlinizdə ixtiyar olsaydı DTX maskalılarını hansı quruma göndərərdiniz? – SUALI SİYASƏTÇİLƏR CAVABLANDIRIR

"DTX maskalıları yerli icra hakimiyyəti orqanlarına, Gömrük Komitəsi və AZAL-a göndərilməlidir” . Bu sözləri Sfera.az-a açıqlamasında əllərində ixtiyar ...