BQXK nümayəndəsinə cəbhədəki vəziyyətlə bağlı məlumat verilib

BQXK nümayəndəsinə cəbhədəki vəziyyətlə bağlı məlumat verilib
 Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri xanım Arian Baueri və nümayəndəliyin rəhbəri vəzifəsində fəaliyyəti başa çatan xanım Elena Aymone Sessera ilə görüşüb.

Komitədən Sfera.az-a verilən məlumata görə, R.Rzayev Arian Baueri yeni təyinatı münasibəti ilə təbrik edib.

Görüşdə qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdundan didərgin düşmüş 1 milyon 200 mindən soydaşımızın üzləşdiyi çətinliklər və məhrumiyyətlər haqqında məlumat verilib. Bildirilib ki, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı 4 qətnaməsi hələ də icra edilməyib. Ermənistan işğalçılıq siyasətini davam etdirir, hərbi qarşıdurmanı qızışdırmağa cəhd göstərir. Bu gün Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından biri şəhid olub, biri yaralanıb.

BQXK nümayəndələrinə bildirilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Prezident İlham Əliyev tərəfindən mühüm və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Hazırda dünyada koronavirus pandemiyası ilə əlaqədar  iqtisadi böhranın davam etdiyi bir vaxtda belə Azərbaycanda məcburi köçkünlərlə bağlı sosial layihələr ardıcıllıqla icra olunur, yeni qəsəbələr salınır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlara xüsusi qayğı göstərir, onların problemlərinin həllinə daim diqqət yetirir.

Görüşdə xatırlanıb ki, ümumilli lider Heydər Əliyevin çağırışı ilə ötən əsrin 90-cı illərində Azərbaycana gələn beynəlxalq təşkilatların dəstəyi nəticəsində ölkəmizdə humanitar fəlakətin qarşısı alınıb. Həmin dövrdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanda fəaliyyəti, qaçqınların və məcburi köçkünləri çadırlarla, ərzaq və digər ləvazimatlarla təminatında fəal iştirakı unudulmur, dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Diqqətə çatdırılıb ki, Dövlət Komitəsi Beynəlxalq Qızıl Xaç Komitəsi və Qızıl Aypara Cəmiyyətləri ilə birgə cəbhəyanı ərazilərdə və təmas xəttində yaşayan məcburi köçkünlər üçün ilk tibbi yardım təlimləri keçirilir. Ötən il Tərtərdə keçirildikdən sonra bu təlimlər koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb. İndi Ağdam rayonunda təlimlərin keçirilməsi üçün hazırlıq görülür.

Söhbət zamanı Dövlət Komitəsi ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına toxunulub, qaşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Xanım Elena Aymone Sessera təmsil etdiyi beynəlxalq təşkilatın ölkəmizdəki fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bildirib ki, BQXK tərəfindən keçirilən digər təlimlərdə yerli icma ilə yanaşı, məcburi köçkünlər də iştirak edir. 

Xanım Arian Baueri səmimi qəbula görə təşəkkür edib. Əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Dövlət Komitəsinin sədri xanım Elena  Aymone Sesseraya ölkəmizdəki səmərəli fəaliyyətinə görə təşəkkür edib və ona gələcək işlərində uğurlar arzulayıb. 

OXŞAR XƏBƏRLƏR

Abşeronda gizli sexdə yuyucu vasitələr hazırlayan dəstə üzvləri SAXLANILDI - VİDEO

Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlana...

Leysan, dolu, güclü külək... - İstirahət gününün HAVASI

Bakıda və Abşeron yarımadasında mayın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.   Milli Hidrometeorologiya Xidməti...

Rusiyada musiqi dinləmələrinə on milyonlarla dollar xərclənir – RƏQƏMLƏR

2023-cü ildə Rusiyada musiqi yükləmələrinə və dinləmələrinə görə 25,4 milyard rubldan (276,4 milyon dollar) çox vəsait xərclənib.  Sfera.az RBK-nın ar...

Əli Əsədov Türkiyəyə SƏFƏR EDƏCƏK

Azərbaycan və Türkiyə arasında mayın 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası və biznes forumu keçiriləcək.   ...

Azərbaycan elminə AĞIR İTKİ - FOTO

Naxçıvan Müəllimlər İnstutunun “İncəsənət kafedrası”nın baş müəllimi, NDU-nun “Təsviri incəsənət” kafedrasının dosenti Mahir Xəlilov vəf...

Günəşdə partlayış oldu, 3 ölkədə radiorabitə kəsildi

1 və 2 may tarixlərində Günəşdə partlayış baş verib.   Sfera.az xəbər verir ki, güclü partlayış Avstraliya, Yaponiya və Çinin böyük hissəsində q...