Böyük Britaniya koronavirusla mübarizə üçün hərbi qüvvələrdən istifadə edəcək

Böyük Britaniya koronavirusla mübarizə üçün hərbi qüvvələrdən istifadə edəcək
 

Böyük Britaniya koronavirusla mübarizədə hərbi qüvvələrindən istifadə edəcək.

Sfera.az xəbər verir ki, dövlət bu addımı virusa yoluxma sayının artacağı təqdirdə atacaq.

Bildirilir ki, martın 2-də Böyük Britaniyanın Baş naziri Boris Consonun sədrliyi ilə keçirilən təcili iclasda 28 səhifəlik sənəd razılaşdırılıb.

 

Sənəddə koronavirusa təsir edəcək peyvəndin hazırlanmadığı və əhalinin ona qarşı immunitetinin olmadığı vurğulanaraq ölkə daxilində virusun geniş yayılma ehtimalının yüksək olduğu qeyd olunub.

Hökumətin təqdim etdiyi plan İngiltərədə virusa yoluxan insanların sayının sürətlə artması zamanı məktəblərin bağlanması və bir sıra ictimai tədbirlərin ləğv olunmasını təklif edir. Eyni zamanda, çox sayda insan evdən işləyəcək.

Bundan əlavə, əsas polis qüvvələrinin xırda cinayətlərə cavabdeh olmaqdan azad edilməsi və ictimai asayişi təmin etmək üçün cəlb edilməsi planlaşdırılır. Bu işdə Britaniya hərbçiləri də iştirak edə bilər - Müdafiə Nazirliyi lazım gələrsə, səlahiyyətliləri dəstəkləməyə hazır olduğunu təsdiqləyib.

Vəziyyət pisləşərsə, Britaniya tibb müəssisələri xüsusi rejimə keçirilə bilər. Beləliklə, koronavirus aşkarlanmayan xəstələr daha əvvəl xəstəxanalardan buraxılaraq evdə müalicəyə göndəriləcək və təcili olmayan əməliyyatlar təxirə salınacaq. Səlahiyyətlilər xəstə axınının öhdəsindən gəlmək üçün xəstəxanalara təqaüdə çıxan işçiləri və Tibb Universitetlərinin məzunlarını cəlb etməli olduqlarını da etiraf edirlər.

Son məlumatlara görə, İngiltərədə koronavirusa 40 yoluxma halı qeydə alınıb.

(oxu.az)


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...