Bölmədə döyüldüyünü deyən polkovnik açıqlama yaydı

Bölmədə döyüldüyünü deyən polkovnik açıqlama yaydı
Daxili İşlər Nazirliyi Hospitalının şöbə rəisi işləmiş polis polkovniki Vitaliy Məhərrəmovun bir müddət öncə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsində döyülməsi iddiası ilə bağlı ötən gün "Qafqazinfo"da məlumat yayılmışdı.

Sfera.az xəbər verir ki, onun hüquq-mühafizə orqanlarına etdiyi şikayətlərdən sonra materiallar araşdırılması üçün Binəqədi rayon Prokurorluğuna göndərilib. Amma burada həmin şikayətçi olduğu polis əməkdaşları barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Bu gün isə V.Məhərrəmov "Qafqazinfo" ilə əlaqə saxlayaraq bildirib ki, yazı saytda yayımlandıqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub, dinlənilib və onu narahat edən hallarla bağlı fikirlərini deyib:

"Mənim müraciətim əsasında hüquq-mühafizə orqanlarında araşdırma gedir. Bu məlumatların mənim adımdan mətbuatda tirajlanması və yayılması mənim icazəm olmadan vəkilim tərəfindən təşkil olunub. Həkim – travmatoloq kimi uzun illər daxili işlər orqanlarında şərəflə xidmət etmişəm. Təqaüddə olsam da, indi də özümü daxili işlər orqanlarının sıralarında kənarda görmürəm. Təəssüf ki, haqqımda bu məlumatlar yayılıb".

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...