Boğazı üzülən şəxs həyata qaytarıldı - Bakıda unikal əməliyyat

Boğazı üzülən şəxs həyata qaytarıldı - Bakıda unikal əməliyyat
Respublika Klinik Xəstəxanasında başı kəsilən şəxsin üzərində unikal əməliyyat həyata keçirilib.

Sfera.az xəbər verir ki, sentyabrın 13-də saat 14-15 radələrində Təcili Tibbi Yardım tərəfindən özünü Azər Məmmədov kimi təqdim edən şəxs klinikaya boğazın kəsilməsi yarası ilə daxil olub. Həkim cərrah Fariz Camalovun rəhbərlik etdiyi əməliyyat qrupu yaralıya ilkin yardım göstərdikdən sonra bir necə saat davam edən ağır əməliyyat icra edib: "Təftiş zamanı məlum oldu ki, xəstənin udlaq və qıtlağı, tiloid vəzin yuxarı qütbü, sol vena və sinir dəsti kəsilmişdir. Xəstənin vəziyyəti kritik ağır olduğundan qıtlaq kəsilən yerdən xəstə intubasiya olundu. Sonra udlaq plastika edildi. Traxiya bərpa olundu”.

Əməliyyatdan dərhal sonra xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Uğurlu əməliyyatdan iki gün sonra xəstə burundan keçməklə boğaza yerləşdirilmiş xüsusi boru vasitəsi ilə qidalanıb: "Əməliyyatdan 5 gün sonra xəstə özü tibb işçiləri olmadan sözü gedən borunu burnundan çıxarıb qida qəbul edib. Bu isə əməliyyatdan sonra yolverilməz hesab olunur. Lakin əməliyyatın uğurla keçməsi səbəbindən xəstədə hər hansı bir problem yaranmadı.

Fariz Camalov deyir ki, 35 illik həkim təcrübəsində bu kimi əməliyyatla qarşılaşmayıb: "Qeyri odlu silah yaralanmalarında qıtlaq və udlağın, damar sinir dəstəsinin zədələnməsi bir yerdə ola bilməz. Lakin bizim xəstədə bütün bunlar bərabər baş verib. Buna baxmayaraq biz plastikanı icra etdik. Qanaxmanı dayandırdıq. Bu gün xəstəmizin vəziyyəti stabildir. Müalicə davam edir 4-5 günə yaralını evə yazarıq”.

Özünü Azər Məmmədov kimi təqdim edən yaralı ilə qısa söhbət etmək imkanımızda oldu. Xəstənin səs tellərində problem olduğundan suallarımıza ətraflı cavab ala bilmədik.


Qeyd edək ki, əməliyyatın aparılmasında tibbi və texniki vasitələrin təminatı Tibbi Sığorta tərəfindən həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevin APA TV-yə verdiyi məlumata görə, ilkin ehtimalla Azər Məmmədov narkotik istifadəçisidir. Onun ülgüclə boğaz nahiyəsindən özünə xəsarət yetirməsi ehtimal olunur.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.
 

(apa tv)

OXŞAR XƏBƏRLƏR

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...