\"BNA heç nədən çəkinmədən öz missiyası daxilində fəaliyyətini həyata keçirməlidir\"

\
 Pandemiya dövründə ictimai nəqliyyatda əsas yük avtobus sənişindaşımasının üzərinə düşür. Belə ki, metropolitenin bağlanması ilə sərnişinlərin əksəriyyəti avtobuslara yönəlib. Elə bu səbəbdən də, Bakı Nəqliyyat Agentliyi ekspres avtobusları xəttə buraxır, digər marşrut xətlərində avtobus sayının artırılmasına çalışır. Bununla bərabər, BNA-ya qarşı müxtəlif sosial şəbəkələrdə tənqidlər səsləndirilir.

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənov bildirdi ki, BNA bu sahədə dövlət siyasətini həyata keçirir. Bu zaman səsləndirilən hər hansı tənqidlərin arxasında qərəzli düşüncə dayana bilər, bunu inkar etmək olmaz. Eləcə də, hansısa yazının müəyyən hədəfləri ola bilər ki, bir çox hallarda bu hədəflər qərəzçiliklə bağlı olur. Bu baxımdan hesab edirəm ki, əgər quruma qarşı konstruktiv tənqid varsa, bu tənqiddən nəticə çıxarılmalıdır, əgər əsassız ittihamlar varsa, bu ittihamlar dərhal cavablandırılmalıdır".

Ekspert bildirir ki, bütün məsələləri kənara qoysaq, BNA bu gün yaranmış vəziyyətdə insanlara maksimum dərəcədə yüksək xidmət göstərməyə çalışır: "BNA yüksək sərnişindaşıma missiyasını həyata keçirməyə çalışır və bunun üçün də aidiyyəti strukturlar qarşısında zəruri öhdəliklər müəyyən edir. Onu da qeyd etmək lazımdır ki, ictimai nəqliyyatda avtobus daşımaları tamamilə BNA-nın sərəncamında deyil. Onun sərəncamında yalnız "BakuBus" MMC-dir. Digər daşıyıcı şirkətlər isə BNA-nın müəyyən etdiyi qaydalar və tövsiyələrə əsasən fəaliyyətini həyata keçirməlidir. Bu baxımdan hazırda BNA daşıyıcı şirkətlərə qarşı sərt sanksiyalar tətbiq etmir və həmin daşıyıcı şirkətləri çətin duruma salan qərarlar vermir. Daşıyıcı şirkətlərdən yaranmış pandemiya şəraitində sərnişin axınının effektiv idarə olunması prosesinə töhvə verməsi tələb olunur. Onlar da intervalların azaldılması və daha çox avtobusların xəttə buraxılması ilə bağlı zəruri addımlar atmalıdır. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Buna görə də, özəl şirkətlər kimi daşıyıcı şirkətlərə qarşı hər hansı sərt reaksiya sonradan özəl sektora olan daha sərt siyasətin sübutu kimi gətirilə bilər. Hazırda BNA bütün bunları nəzərə alaraq öz misiyası daxilində zəruri addımları atmağa çalışır". 

"Pandemiya şəraitində sıxlıqların aradan qaldırılması üçün çıxış yolları axtarılır, əlavə avtobusların xəttə buraxılması və intervalların azaldılması üçün bir sıra işlər görülür. Həmçinin, metropolitenin bağlanması ilə 140-150 min əlavə sərnişin avtobuslara yönəlib. Təbii ki, bu, avtobus sektorunun yükünü artırır və onu ciddi çağırışlar qarşısında qoyur. Bu zaman müxtəlif fikirlər və tənqidlər də ola bilər. BNA heç nədən çəkinmədən öz missiyası daxilində fəaliyyətini həyata keçirməlidir", -deyə ekspert əlavə edib.

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...