No Image
No Image

BirBank-da Xəzri pul köçürmələri sistemi ilə bank kartından vəsait göndərmək mümkün oldu

BirBank-da Xəzri pul köçürmələri sistemi ilə bank kartından vəsait göndərmək mümkün oldu
Ölkənin ən məşhur mobil tətbiqi olan BirBank növbəti yeniliklə xidmət çeşidini genişləndirib.
 
Sfera.az xəbər verir ki, mobil tətbiqdə olan ödəniş kartından Xəzri sürətli pul köçürməsi sistemi vasitəsilə vəsait göndərmək mümkün olub.

Bu zaman tətbiqdə "Köçürmələr" menyusunda "Pul köçürmə sistemləri" bölməsindən "Xəzri" sistemi seçilir, köçürməni alan və köçürməni göndərən barədə müvafiq məlumatlar daxil edilir və vəsait köçürülür. Bir dəfə üçün minimum 1, maksimum 1 000 manat olmaqla, manat valyutasında köçürmələr etmək mümkündür. Köçürülən məbləğ üçün 0,8% (minimum 1 AZN) komissiya tutulur. Xəzri ilə göndərilən vəsaiti Kapital Bank filiallarından və ya bankomatlarından almaq mümkündür.

Qeyd edək ki, BirBank tətbiqinin istifadəçiləri POS-terminal, İnternet və BirBank vasitəsilə ödənişlər edərək "Ürəklər" qismində olan bonuslar qazana bilərlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür. BirBank vasitəsilə Kapital Bank-a aid olan kartlarla yanaşı, digər istənilən bankların kartları ilə də ödənişlər edib, bu proqrama qoşularaq hədiyyələr qazanmaq mümkündür. Bonusların hesablanması qaydası ilə saytdan tanış ola bilərsiniz - www.kapitalbank.az/tariffs.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 2 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.

Sehliyali

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Kapital Bank və Visa Azərbaycanda Visa B2B Connect ödəmə şəbəkəsini təqdim edir

Kapital Bank və rəqəmsal ödənişlər üzrə dünya lideri olan Visa şirkəti Azərbaycanda Visa B2B Connect ödəmə şəbəkəsini istifadəyə verdi. Bu xidmət vasitəsilə Kap...

Azərbaycan Beynəlxalq Bankı Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə əməkdaşlığa başladı - FOTOLAR

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə Azərbaycan Beynəlxalq Bankı arasında əməkdaşlıq haqqında me...

Mis bahalaşır - Azərbaycanın gəlirləri artdı

Misin qiymətinin son bir ildə davamlı yüksəlməsi Azərbaycanın bu metalın ixracından əldə edilən gəlirinin xeyli artmasına səbəb olub. 2021-ci ilin birinci rübün...

Bakıda inşaat işi ən çox bu rayonlarda həyata keçirilir – STATİSTİKA

2021-ci ilin birinci rübündə Bakıda 1,237 milyard manat dəyərində inşaat işləri həyata keçirilib. Ötən ilin eyni dövrünə nisbətən inşaat işlərinin həcmi 12,8 fa...

Neft BAHALAŞDI

Dünya birjalarında neft qiymətləri bahalaşır. Sfera.az xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı nefti...

Mərkəzi Bankdan dollarla bağlı AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Sfera.az xəbər verir...