Biotexnoloji şirkət tamfunksiyalı mini-ürəyin surətini hazırlayıb

Biotexnoloji şirkət tamfunksiyalı mini-ürəyin surətini hazırlayıb
 

Biolife4D adlı şirkət bir xəstədən qan hüceyrələri toplamaqla insanın qan toxumalarının surətini çıxarmaq üçün  texnologiya hazırlayıb. Bunun sayəsində onların həm də induksiya olunmuş pluripontent gövdə hüceyə (iPS) tipinə çevrilməsi mümkündür. Bu barədə Digital Trends yazır.

"Üzərində işlədiyimiz yenilik insan ürəyinin hərfi mənada biosurəti deməkdir", şirkətin baş direktoru Steven Morris bildirib.

Sfera.az bizplus.az-a istinadən bildirir ki, Biolife4D, iPS-hüceyrələri ürək hüceyrələrinə çevirə və 3D printerdə"bioloji mürəkkəb" kimi istifadə edə bilir. Bu yaxınlarda həmin texnika şirkət tərəfindən tamfunksiyalı miniatür insan ürəyinin 3D-surəti üçün istifadə olunub.

Biolife4D şirkətinin baş elmi işçisi Ravi Birlanın sözlərinə görə, surəti çıxarılmış ürək əsl ürəklə eyni struktura malikdir və dörd daxili kamerası var. Şirkətin məqsədi əsl ürəyə oxşar birşey hazırlamaqdan ibarətdir və o məsələn, kardiotoksik təcrübədə istifadə oluna bilər. Daha doğrusu, farmokoloji şirkətlər və araşdırmaçılar onun üzərində ürəkdəki müxtəlif xəstəliklərlə və ya ürəyin hansısa dərmana əks getməsi ilə bağlı problemləri yoxlaya bilərlər.

 

Birla qeyd edib ki, köçürülə bilən tam ölçülü ürəyin surətini çıxarmaq üçün şirkət hələ bir sıra məsələləri həll etməlidir. O, bunun təxminən üç ildən sonra mümkün ola biləcəyini bildirb.


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...