Bilik verməli olan məktəblər niyə skandallarla gündəmə gəlir? - AÇIQLAMA

Bilik verməli olan məktəblər niyə skandallarla gündəmə gəlir? - AÇIQLAMA
Ötən gün paytaxt məktəblərinin birində şagirdin döyülmə xəbəri sosial mediada müzakirə obyektinə çevrilib. Kimi bunu tənqid etsə də, kimi vaxtikən məktəbdə çox döyüldüyünü nümunə çəkərək normal qarşılayıb və valideynlərin aqressivliyinin yersiz olduğunu bildirib.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov qeyd edib ki,  hazırda döyən müəllimin, direktorun sərt tənqid edilmə səbəbi məktəbin öz funksiyasını yerinə yetirə bilməməsidir:

"Əvvəllər şagirdlər orta məktəbdə minimum zəruri bilik və bacarıqlara yiyələnirdi. Məktəb şagirdlərinə həm bilik, həm bacarıqlar, həm də tərbiyə verirdi.  Valideyn demək olar ki, bu istiqamətdə heç bir iş görmürdü. Bəs indi necədir vəziyyət? Şagirdlər az qala dünyaya göz açandan repetitor yanına, hazırlıq kurslarına gedir. Əlbəttə ki, valideynlərin vəsaiti hesabına. Yəni valideynlər şagird üçün indi həm maddi, həm mənəvi  digər bütün resurslarını səfərbər edir. Bu o deməkdir ki, məktəbin pulsuz görməli olduğu işi valideynləri pulla görür. Bunun ardınca valideyn məktəbə gəlib haqlı iradını bildirir ki, sən mənimlə birlikdə övladımı böyütmüsən ki, onu  döyürsən?”.

Ekspert bildirib ki, məktəb öz məsuliyyətini dərk etmir və öhdəliklərini yerinə yetirmir:

"Məktəbi idarə edənlərin bunları yerinə yetirməyə bilik və bacarıqları çatmadığı üçün də fiziki zorakılığa üz tuturlar. Bu fikirlər o demək deyil ki, mən 10-15 il əvvələ qədər şagird döyülməsinə haqq qazandırıram. Xeyr, heç bir halda şagird döyülə bilməz. Şagirdə fiziki zorakılıq tətbiq etmək yolverilməzdir”.
Xatırladaq ki, ötən gün paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın təhsil ocağında şagirdləri döyməsi barədə məlumat yayılmışdı.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...