Bəzi adamlar koronavirusa niyə yoluxmur? - Alimlər sirri tapdı

Bəzi adamlar koronavirusa niyə yoluxmur? - Alimlər sirri tapdı
Britaniyada keçirilmiş yeni tədqiqat niyə bəzi adamların COVID-19 virusuna daha müqavimətli olması və milyonlarla insanların xəstələndiyi halda virusa yoluxmaması sualına cavab verib.

Sfera.az-ın məlumatına görə, The Independent yazır ki, London Universitet Kollecinin bir qrup alimi COVID-19-a müqavimətlə insan orqanizminin immun sistemindəki T-şəkilli hüceyrələr və ya leykositlər arasında əlaqə aşkar edib. Bu hüceyrələr SARS-CoV-2 və koronavirus ailəsindən olan başqa infeksiyaları orqanizmdən yoluxmanın ilkin mərhələsində təmizləyə bilir. Alimlər ümid edirlər ki, bu kəşf yeni vaksin texnologiyalarına güclü təkan verə bilər.
London Universitet Kollecinin immunoloqu və sözü gedən araşdırmanın rəhbəri Leo Svodlinq deyib: "Hər birimiz yoluxanların arasında gəzib-dolaşsa da xəstələnməyən adamları görmüşdük. Bizim bilmədiymiz bu idi ki, bu adamlar həqiqətən də virusdan yayınmağı bacarıblar, yoxsa bunlarda orqanizmi virusdan təbii şəkildə təmizləyən qabiliyyət var”.

T-şəkilli hüceyrələrə "yaddaşlı hüceyrə” də deyirlər. Alimlər düşünürlər ki, bəzi adamlarda koronavirusa qarşı immunitet onların başqa, mövsümi koronavirus növlərinə yoluxması zamanı yaranır. Məsələn adi soyuqdəymənin virusu da koronavirus ailəsinə aiddir. Bu həftə Nature jurnalında dərc olunmuş araşdırma hesabatında deyilir ki, bəzi adamları COVID-19-dan "yaddaşlı” T-hüceyrələr qoruyur. Maraqlıdır ki, bu adamların koronavirus testlərində anticismlər aşkar olunmur. Alimlərin fikrincə bu onunla bağlıdır ki, bəzi adamların immun sistemi virusu orqanizmdən onun hələ anticismi yaranmadan təmziləyir.
Alimlər komandası bu qənaətdədir ki, bu texnologiyadan istifadə etməklə COVID-19-a qarşı daha güclü və daha davamlı vaksinlər yaratmaq olar. Həmin təcrübədə 731 tibb işçisi iştirak edib və alimlər pandemiyanın ilk dalğası zamanı onların immun reaksiyasını öyrəniblər. Aşkar olunub ki, iştirakçılardan 58-də onların yüksək yoluxma şəraitində olmalarına baxmayaraq test nəticələri pozitiv olmayıb. Amma bu da aşkar edilib ki, həmin şəxslərdə T-şəkilli hüceyrələrin sıçrayışlı artımı qeydə alınıb. Bu isə o deməkdir ki, bəzi adamların COVID-19-a qarşı hələ pandemiyadan əvvəl də təbii immuniteti olub.

COVID-19-a qarşı mövcud vaksinlər virusa qarşı anticism müqavimətinə əsaslanır və virusun xarici tac çıxıntılarını-zülallarını hədəfləyir. Alimlər bu qənaətə gəliblər ki, gələcək vaksinlər T-şəkilli hüceyrə reaksiyası əsasında işlənə bilər. Bu halda vaksinlər orqanizmə virus düşdükdən sonra, amma xəstəlik simptomları yaranmazdan əvvəl immun sistemi hərəkətə gətirə bilər. Alimlər bunu da deyilər ki, T-şəkilli hüceyrələr müxtəlif virusların paylaşdığı ortaq əlamətləri hədəflədikllərinə görə, immun sistemi üçün anticismlərdən daha effektivdirlər.

(virtualaz.org)

OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...