Bu ölkələr yeməyi daha çox sevir - ADLAR

Bu ölkələr yeməyi daha çox sevir - <span style="color:#ff0000">ADLAR</span>
Kateqoriya məlum deyil20.09.25, 08:070 👁️
T

Dünyada ən yüksək qida istehlakı olan ölkələr açıqlanıb.
 

Sfera.az xəbər verir ki, onlar arasında əsasən Avropa və ABŞ yer alır.

 

Statistik göstəricilərdə adətən gündəlik kalori miqdarı əsas götürülür.

 

Məlumatlara görə, Belçika gündəlik təxminən 3,914 kkal ilə siyahının önündədir. Onu İsrail (3,895 kkal) və ABŞ (3,875 kkal) izləyir. Digər Avropa ölkələri, xüsusilə Avstriya (3,800 kkal), Yunanıstan və Lüksemburq da yüksək kalori istehlakı ilə diqqət çəkir.

 

Yalnız Avropa və ABŞ deyil, Yaxın Şərq ölkələri də qida istehlakında ön sıralarda görünür. Məsələn, Oman Körfəz ölkələri arasında 2019-cu ildə bir nəfərə düşən təxminən 931 kiloqram illik qida istehlakı ilə rekord göstəriciyə sahib olub.

 

Mütəxəssislər bildirirlər ki, bu statistika yalnız istehlak deyil, həm də israf faktoru ilə əlaqədar ola bilər. Yəni, bəzi ölkələrdə yüksək göstərici insanların həqiqətən çox yeməsi ilə yanaşı, qida tullantılarının da çox olması ilə bağlıdır.

 

Araşdırmalar göstərir ki, qida istehlakı artımı həm sosial rifah, həm də sağlamlıq problemləri ilə sıx bağlıdır.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...