BDU və Türkiyənin Kafkas Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı

BDU və Türkiyənin Kafkas Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı
Bakı Dövlət Universiteti (BDU) və Kafkas Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanması məqsədilə onlayn görüş keçirilib. 

Görüşdə BDU-nun rektoru Elçin Babayev, Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Tədrisin təşkili və idarə olunması mərkəzinin direktoru Elçin Məmmədov, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov,  Kafkas Universitetinin rektoru professor Hüsnü Kapu, beynəlxalq əlaqələr üzrə prorektoru Engin Kılıç, Xarici əlaqələr şöbəsinin müdiri Hacalı Necefoğlu və Kafkas Universitetinin baş katibi Zülfikar Gürboga  iştirak ediblər.  

Görüşdə universitetlər arasında yeni əlaqələrin qurulması, hər iki ali təhsil müəssisəsinin inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Rektor Elçin Babayev çıxışı zamanı bildirib ki, qanı bir, dini bir, amalı bir iki qardaş ölkə arasındakı tarixi bağlılıq özünü qarşılıqlı münasibətlərin hər bir sahəsində göstərir. Hazırda ikitərəfli sahələr sırasında ən vaciblərindən biri təhsildir. İkitərəfli təcrübə mübadiləsi ilə bu sahə yüksək dinamika ilə inkişaf etməkdədir. Əminik  ki, gələcəkdə də bu münasibətlər daha da inkişaf edəcəkdir. Bunun nəticəsidir ki, bu gün Kafkas Universiteti ilə əməkdaşlığı təmin edəcək anlaşma imzalanacaqdır. E.Babayev əlavə edib ki, hər iki universitetdə də mövcud olan iqtisadiyyat, idarəetmə və filologiya sahələri qarşılıqlı əməkdaşlığın mümkün sahələri kimi nəzərə alına bilər. 

Daha sonra çıxış edən Kafkas Universitetinin rektoru, professor Hüsnü Kapu artıq 20 ildir ki,  Bakı Dövlət Universiteti və Kafkas Universiteti arasında müxtəlif səviyyələrdə əlaqələrin mövcudluğu, universitetlər arasında olan bu əlaqələri daha da genişləndirmək və qarşılıqlı təcrübə mübadiləsinin aparılması barədə fikirlərini bölüşüb. 

Görüş zamanı Bakı Dövlət Universiteti ilə Kafkas Universiteti arasında professor-müəllim heyəti və tələbə mübadiləsinin aparılması, ikitərəfli birgə simpoziumların, seminarların və konfransların təşkili, tədqiqat layihələrində əməkdaşlıq, kurslar və tədris planları istiqamətində birgə fəaliyyətin təşkili barədə qərar qəbul edilib. 

Sonda tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...