BDU THİK 5127 nəfər birinci kurs tələbəsi ilə görüşlərə yekun vurub

BDU THİK 5127 nəfər birinci kurs tələbəsi ilə görüşlərə yekun vurub
 
Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi birinci kurs tələbələri ilə görüş keçirib. 23 sentyabr-4 oktyabr tarixlərində baş tutan görüşlər universitetin bütün fakültələrini əhatə edib.
 
 
Görüşlərdə Bakı Dövlət Universitetinin bakalavriat səviyyəsinə qəbul olan 5127 tələbə iştirak edib. Dövlət himninin canlı ifası ilə başlayan görüşlərdə THİK sədri Nihad Allahyarlı Bakı Dövlət Universitetinə qəbul olan tələbələri təbrik edərək təşkilatın əsas fəaliyyəti və strukturu haqqında geniş məlumat verib. Qeyd edib ki, yenilənən BDU-THİK "Tələbənin sosial tərəfdaşı” sloqanı ilə fəaliyyət göstərir və universitetdə tələbələri ictimai işlərə cəlb edərək bu istiqamətdə formalaşmasında, sosial problemlərinin həllində, ehtiyacı olanlara maddi yardımın göstərilməsində, dərsə davamiyyətin artırılmasında, elmi işlərə cəlb olunmalarında, istedadlı tələbələrin üzə çıxarılmasının təşkili istiqamətində fəaliyyət göstərir. N.Allahyarlı, eyni zamanda, "Erasmus”-təhsil proqramı, elmdə və ictimai işlərdə fəaliyyət göstərən həmkar aktivlərin mükafatlandırılması və yay istirahətinin səmərəli keçirilməsi üçün təşkil olunacaq kamplar, təşkilatın yeni istifadəyə veriləcək rəsmi internet saytı haqqında məlumat verib. Görüşlərdə həmçinin İdman klubunun rəhbəri Akif Atakişiyev çıxış edərək Klubun və idmanın sağlamlığa faydasından danışıb. Daha sonra özfəaliyyət dərnəyinin rəqs, musiqi və xor bölmələri üzrə müəllimlər çıxış edərək tələbələri dərnəyə dəvət ediblər. Bütün görüşlərdə həmkar ailəsinin fəaliyyətini əks etdirən foto və videoçarxlar nümayiş olunub, THİK üzvlüyü, maddi yardım, idarəçilik, dərnəklər, intellektual oyunlar v.s haqqında tələbələri maraqlandıran suallar cavablandırılıb.

OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...