“BBC”nin efirində Azərbaycanla bağlı videoçarx - VİDEO

“BBC”nin efirində Azərbaycanla bağlı videoçarx - VİDEO
"BBC World News” televiziya kanalında "Azərbaycanı kəşf et – gələcəyə gedən yol” adlı videoçarx yayımlanır.

Sfera.az xəbər verir ki, 200-dən çox ölkədə yayımlanan, 450 milyon izləyicisi olan "BBC WORLD NEWS” telekanalında yayımlanan videoçarxda Azərbaycanın müasir və tarixi memarlıq abidələri, füsunkar təbiəti, nəqliyyat və texnoloji imkanları, ölkəmizdəki inkişafdan bəhs olunur.

Şuşa dağlarının görüntülərinin də yer aldığı videoçarxda "dağların buludlara qovuşduğu, mavi səmanın dənizdə əks olunduğu Azərbaycanı kəşf et” çağırışı səslənir. Azərbaycanda hər küçənin qədim tarixə malik olduğu və ölkənin sürətlə inkişaf edərək gələcəyə doğru inamla irəlilədiyi bildirilir.

Videoçarxda müasir texnologiyaların ölkəyə yeni fürsətlər gətirdiyi, ölkənin nəqliyyat və texnoloji imkanları nümayiş etdirilir.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...