“Bayraktar”ın yeni dronu bir ilkə imza atdı - VİDEO

“Bayraktar”ın yeni dronu bir ilkə imza atdı - VİDEO
Türkiyənin "Bayraktar” markalı dronlarının yeni modeli "AKINCI TİHA pilotsuz uçuş aparatı daha bir sınaqdan uğurla keçib.


Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, böyük ölçülü dronun dünən baş tutan test uçuşunda bir ilkə imza atılıb.

 

Belə ki, AKINCI TİHA zəmin idarəetmə stansiyası olmayan meydana tam avtonom şəkildə eniş-qalxış prosesini həyata keçirib.

 

Tekirdağın Çorlu bölgəsindən havaya qalxan dron 6 min metr yüksəklikdə süzüb və daha sonra başqa bir meydançaya avtomotik şəkildə enib.

 

Sınaq prosesinə "Bayraktar”ların yaradıcısı Selçuk Bayraktar şəxsən özü nəzarət edib.


Qeyd edək ki, hazırda Dağlıq Qarabağda da Türkiyənin "Bayraktar”ları Azərbaycan ordusunun zəfər yürüşünə xüsusi rəng qatır.


Aysel

Sfera.az



OXŞAR XƏBƏRLƏR

"ABŞ İrana hədəf alsa, Azərbaycan üçün ciddi təhlükələr yaranacaq" - Politoloqdan AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp İranın bombardmanlara məruz qalacağı ilə hədələyib. Tramp qeyd edib ki, İran nüvə silahı üzrə sazişi iki ay ərzində imzalamasa ABŞ t...

1133-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1133-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirli...

Ermənistanda zəlzələ oldu

Ermənistanda yerli vaxtla saat 13:56-da 3,8 maqnitudalı zəlzələ olub.   Sfera.az APA-a istinadən xəbər verir ki, yeraltı təkanların episentri Gümri ş...

Azyaşlıdan uşağı olan kişi ​ilə bağlı hökm dəyişir - Həbs tələb edildi

Ağcabədidə 14 yaşlı qızın ana olması və bu iş üzrə məhkəmə hökmü geniş müzakirələrə səbəb olub. Yetkinlik yaşına çatmayan şəxslə dəfələrlə cinsi əlaqədə olmaqda...

Azərbaycanda hərbi xidmətə çağırış başlayıb

Bu gündən Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə növbəti çağırışı başlayıb.   Sfera.az xəbər verir ki, 2007-ci ildə doğulan və 18 y...

Rusiya "sözə qulaq asmasa", neft ucuzlaşa bilər

Rusiya və Ukrayna arasında atəşkəsin əldə edilməməsi rəsmi Vaşinqtonun daha sərt tədbirlərə əl atmasına səbəb ola bilər. Ehtimal edilir ki, ABŞ sərt tədbirlərdə...