Bayden Ərdoğanla Qarabağı müzakirə edəcək? - Açıqlama

Bayden Ərdoğanla Qarabağı müzakirə edəcək? - Açıqlama
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin "G-20” liderlərinin oktyabrın 30-31-də Romada keçiriləcək Zirvə toplantısında Qarabağla bağlı məsələni də müzakirə edəcək.

Maraqlıdır, hansı istiqamətdə müzakirələr aparıla bilər?
 
Məsələ ilə bağlı Sfera.az-a danışan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov ABŞ-ın Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəmədiyini deyib. Ekspert Qərb ölkələrinin Türkiyənin Qafqazda möhkəmlənməsini qəbul etmələrinin məntiqli olduğunu bildirib:

"Oktyabrın sonunda keçiriləcək "G-20” toplantısı olduqca böyük əhəmiyyətə malikdir. Uzun müddət sonra ilk dəfə dövlət başçıları bir-birləri ilə təmasda olacaqlar. ABŞ və Türkiyə arasındakı münasibətlərin tempi vacib məsələlərdən biridir. Bundan qabaq Bayden və Ərdoğan arasında BMT sammiti çərçivəsində Nyu Yorkda görüş baş tutmuşdu, lakin həmin görüşün nəticələri Türkiyə üçün ürəkaçan deyildi. Bayden terrorçu qrupları Suriyada dəstəkləməyi davam etdirmək niyyətindədir, eyni zamanda Türkiyə ilə S-400 bəhanəsi ilə soyuq siyasətin istiləşməsi üçün addım da atmayıb. Qarabağ məsələsinə gəldikdə isə, bununla bağlı Türkiyənin aktivliyini NATO üzvləri və ABŞ başa düşərsə, bu, çox vacib olar. Söhbət Qərbin marağından gedərsə, Cənubi Qafqazda 200 il Qərbin özü üçün təhlükəli mövqe daşıyan qüvvələrin zəiflədiyinin şahidi oluruq. Belə olan halda  Cənubi Qafqazda güclənən Türkiyəyə dəstək məntiqli görünərdi. Lakin biz görürük ki, İngiltərədən başqa digər dövlətlər Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinə isti baxmırlar”.
 
Politoloq ABŞ-ın Azərbaycanın bölgədəki uğurlarından razı qalmadığını qeyd edib:
 
"Qarabağ məsələsində erməni lobbisinin Demokratlar partiyasının nə qədər güclü açarlara malik olduğu bəllidir. Erməni diasporu da bundan istifadə edərək, bir il ərzində ABŞ-da parlamentarilərən bir neçə dəfə anti-Azərbaycan qərarlar qəbul etməsinə nail olub. Görünən odur ki, ABŞ Qafqazdakı proseslərə müdaxilə etməyəcək. Son zamanlar İranla bağlı yaşanan gərginliklə əlaqədar ABŞ səfirliyinin susması da onu göstərir ki, bölgədə dəyişən vəziyyət heç ABŞ-ın da ürəyincə deyil, Azərbaycanın uğurları okeanın o tayında sevinclə qarşılanmır”.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR