BAXCP sədri: Qoy, bir-birilərini qırsınlar!

BAXCP sədri: Qoy, bir-birilərini qırsınlar!
Antikonstitusion yolla hakimiyyət dəyişikliyi pis nümunədir və pislənilməlidir. Amma ilahi bir ədalət var. Onlar zamanla bizim torpaqları işğal edib, xalqımıza böyük acılar yaşatmaqla Azərbaycanda siyasi böhran yaratmışdılar.

Sfera.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Ermənistanda baş verənlərlə bağlı şərhində deyib.

"İndi biz torpaqlarımızı işğaldan azad etməklə Ermənistanda siyasi böhran yaratmışıq. Ədalətli müharibə apardığımıza görə Allah bizim köməyimiz oldu, erməni faşitlərinə isə törətdikləri insanlıq əleyhinə qanlı cinayətlərə görə cəzalarını verir. İstəyirlər bir-birlərini qırsınlar. Orda hərbi xuntanın hakimiyyətə gəlməsi bizim maraqlarımıza uyğundur. Çünki Paşinyan Azərbaycana qarşı sərt mövqeyi ilə hərbi canilər olan, eks-prezidentlər Köçəryan və Sarkisyanı geridə qoyub. Həm də Paşinyandan fərqli olaraq hakimiyyətə gələcək hərbi xunta bütün beynəlxalq siyasi və diplomatik dəstəkdən məhrum olacaq. Daha yaxşı olar ki, hərbi çevriliş vətəndaş müharibəsi yolu ilə baş versin. Başqa cür mümkün də deyil, çünki erməni xalqı korrupsiyalaşmış, quldur Qarabağ klanının yenidən hakimiyyətə qayıtmasını istəmir. Erməni siyasi elitası sülh barədə yox, revanş haqqında, torpaqlarımızı ordularını modernləşdirməklə yenidən işğal edəcəklərindən danışırlar. Bizim əsgərlərimizlə vuruşub ölməkdənsə qoy bir-birilərini qırsınlar. Allah bilən məsləhətdir”, - deyə partiya sədri bildirib. (Moderator.az)

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...