Baş infeksionistdən tibbi maskalarla bağlı VACİB XƏBƏRDARLIQ

Baş infeksionistdən tibbi maskalarla bağlı VACİB XƏBƏRDARLIQ
 

Bütün qapalı yerlərdə - metroda, avtobuslarda, eləcə də alış-veriş mərkəzlərində, mağazalarda tibbi maskadan istifadə edilməməsinə görə cərimə tətbiq edilməlidir.

Bunu trendə açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Adları sadalanan ərazilərdə tibbi maskalardan istifadəni olduqca zəruri sayan baş infeksionist qeyd edib ki, bir çox insanlar üzərlərinə düşən sosial məsuliyyəti dərk etməyərək qapalı məkanlarda, insanların çox cəmləşdiyi yerlərdə maska taxmırlar.

Bununla insanların sosial məsuliyyətsizlik nümayiş etdirdiklərini deyən C.İsayev bildirib ki, maskadan istifadə virusun yayılmasının qarşısını almağa yardım edir:

 

"Maska taxmamaqla insanlar yalnız özlərinin deyil, digərlərinin də həyatlarını təhlükəyə atırlar. Maskanın taxılması virusun yayılmasının qarşısının alınmasına müəyyən qədər təsir edir. Maska hava-damcı infeksiyasının yayılmasının qarşısının alınmasında əsas vasitələrdəndir. Burada təkcə koronavirusdan deyil, hava-damcı yolu ilə yayılan bütün xəstəliklərdən söhbət gedir. Buna görə də hazırkı şəraitdə maskanın taxılması mütləqdir”.

C.İsayev qeyd edib ki, küçədə sərbəst şəkildə, tək gəzən insan maskadan istifadə etməyə bilər:

"Amma insan hər hansı qapalı məkana, 10 nəfərin cəmləşdiyi qrupa yaxınlaşırsa, maskadan istifadə etməlidir. Belə hallarda maskadan istifadə edilmə vacib şərtdir. Buna riyaət etməyənlərə qarşı da cərimənin tətbiqi yaxşı olardı”.

OXŞAR XƏBƏRLƏR

Virusa yoluxan tibb işçilərinin yenidən işləməsinə icazə verilməyəcək – RƏSMİ

  Koronavirus pandemiyası ilə mübarizədə ön cəbhədə vuruşan şəxslər sırasında tibb işçilərinin rolu danılmazdır. COVID-19 virusuna yoluxan xəstələr ilə ə...

“Allah bəlanızı versin!” – Balkondan gül atan qızdan SƏRT AÇIQLAMA

Yasamalda eyvana çıxaraq mahnı oxuyub polisə gül atanlar sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib.  Hadisə dünən baş verib. Bir qrup vətəndaş Yasamal r...

Gömrük Komitəsinin şöbə müdiri rüşvət alarkan yaxalandı - SON DƏQİQƏ

  Ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində dövlət idarəçiliyinin bütün sahələrində şəffaflığın təmin olunması sahəsində kompleks...

Təcili tibbi yardımın TƏBİB-dən alınmasının SƏBƏBİ

Dünən axşamdan etibarən təcili və təxirəsalınmaz tibbi yardım xidməti Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) alınaraq yenidən Səhiyyə Nazirl...

Azərbaycana daha bir təhlükə yaxınlaşır — Siyahıda 39 ölkə var...

  Alimlərin proqnozlarına görə, 39 ölkədə, o cümlədən Azərbaycanda su qıtlığı ehtimalı var. Sfera.az  konkret.az-a istinadla xəbər verir ki, re...

Nazirliyin şöbə rəisi işdən çıxarıldı - Yoxlamalar başladı

  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Dövlət Məşğulluq Xidmətinin Göygöl rayon şöbəsinin rəisi Nazim Cəfərov tuttuğu vəzifədən azad edilib. ...