Baş infeksionist: Karantinin nəticələri artıq göz qabağındadır

Baş infeksionist: Karantinin nəticələri artıq göz qabağındadır
 Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantinin nəticələri artıq göz qabağındadır.

Sfera.az xəbər verir ki, bunu trend-ə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək:

"Karantinin nəticələri bəlli olduqdan sonra görülən tədbirlərin davamı ilə bağlı qərar qəbul edilə bilər. Hər halda karantinin nəticəsi göz qabağındadır. Karantin tədbirləri nəticəsində xəstələnmə halları azalır, sağalan insanların isə sayı artır. Bu, qaneedici vəziyyətdir. Əlbəttə, istəyərdik ki, bundan da yaxşı nəticələr olsun. Amma hələlik əldə edilən nəticələr bunu göstərir ki, karantin öz effektini verir”.

Xatırladaq ki, təxminən son 10 gün ərzində Azərbaycanda koronavirusa yeni yoluxma hallarının sayında azalma müşahidə edilir. Ölkədə sutka ərzində qeydə alınan yoluxma hallarının sayı 500-dən aşağı enib.

Azərbaycanda artıq koronavirusdan sağalma hallarının sayı yoluxma hallarının sayını üstələyir.

İyulun 18-də Azərbaycanda rekord sayda - 645 sağalma sayı qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...