Banklardan 400 milyon manat həcmində əmanət “qaçışı” – NƏ BAŞ VERİR?

Banklardan 400 milyon manat həcmində əmanət “qaçışı” – NƏ BAŞ VERİR?

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının tövsiyyəsinə əsasən Mərkəzi Bankla razılaşdırılmaqla 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırılması barədə qərar qəbul edib. Əmanətlərin Sığortalanması Fondu bildirir ki, Fonda üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5%-də qalıb. Fond açılayıb ki, əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.


Sfera.az xatırladır ki, Fond tərəfindən manatla əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin qaldırılması gözlənilən idi. Hələ mart ayında devalvasiya ehtimalını nəzərə alaraq belə bir qərarın qəbul edilməsi gündəmə gəlmişdi. Həmin ayda əhalinin banklarda manatla əmanətlərinin həcmində ciddi azalma baş vermişdi, dollarla olan əmanətlər isə artmışdı. Mərkəzi Bankın məlumatına əsasən, fevralda əhalinin manatla 4,122 milyard manat əmanəti var idi. Mart ayı ərzində əmanətlərin həcmi 421 milyon manat, yəni 10 faizdən çox azalaraq 3,701 milyard manata düşüb. Bu müddətdə xarici valyutada olan əmanətlər də azalıb. Amma xarici valyutada olan əmanətlərdə azalma cüzi olub. Ay ərzində xarici valyutada olan əmanətlər 21,7 milyon manat azalaraq 4,55 milyard manat düşüb.

 

Bu mənzərə ondan xəbər verir ki, yaranmış vəziyyətdə banklardan əmanətlər görülüb və götürülən əmanətlərin az hissəsi dollara dəyişdirilərək yenidən banklara qoyulub. Deməli, yalnız martda banklardan 400 milyon manat həcmində əmanət "qaçışı” baş verib.

 

Əmanət "qaçışı”nın iki bankın bağlanması və daha 2 banka inizbatçının təyin edilməsindən sonra yenidən güclənə bilər. Mərkəzi Bankın məlum qərarlarından sonra insanlarda bankların sayınn azaldılacağı ilə bağlı qənaət formalaşıb. Bu qənaətlə əlaqədar olaraq xüsusən əmanətlərin bir hissəsinin banklardan çıxarılması müşahidə edilə bilər.

 

Faizin qaldırılması qərarı ilə əmanətlərdəki azalmanın səngidilməsi hədəflənir. Neftin ucuzlaşması, dolların bahalaşacağı söz-söhbətləri, 2 bankın lisenziyasının ləğv edilməsi, 2 bankda da müvəqqəti inzibatçının yoxlama aparması əmanətçiləri narahat edir. Qorxunun artması ilə əmanətçilər manat vəsaitlərini banklardan geri götürür və dollar alınır. Yuxarı həddin 2 bənd artırılması ilə banklara əmanət yerləşdirmək sərfəli edilir və bu addım ilə yeni əmanətlərin cəlbi hədəflənir.Buna görə də yaranmış vəziyyətə müdaxilə etmək üçün əmanət faizləri qaldırılıb.

 

Buradan çıxış edərək, deyə bilərik ki, manatla əmanət faizlərinin artırılması bir neçə məqsədə nail olmağa kömək edəcək. Birinci əsas məqsəd bankların bağlanmasına görə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılacaq pulların banklarda saxlamağı təşviq etməkdir. Fond iyunun 1-dən etibarən sığortalı olan əmanətləri qaytarmağa başlayacaq. Həmin pullar digər banklarda əmanətçinin adına açılan hesablara köçürüləcək. Əmanət faizlərinin iyunun 1-dən artırılması məhz buna xidmət edəcək. Əgər iyunda banklar 12 faizlə əmanət qəbul etsələr, o halda fonddan pulunu alan şəxslərin böyük əksəriyyəti, o cümlədən dollarla olan əmanətçilərin bir hissəsi öz vəsaitini banklarda saxlayacaq.

 

Qeyd edək ki, hazırda manatla qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10 faiz olsa da, banklar 8-9 faizdən yuxarı dərəcə ilə əmanət qəbul etmir. Böyük ehtimalla Fondun qərarından sonra iyunun 1-dən əmanətlər üzrə faiz dərəcəsi 12 faizə qədər yüksələcək ki, bu da əmanətçilər üçün yaxşı təklifdir.

 

Əmanət faizlərinin qaldırılmasında digər məqsəd dollar alışını zəiflətməkdir. Adətən ölkədə tələb gücləndikdə onu tənzimləmək üçün variantlardan biri də əmanət faizlərinin artırılmasıdır. Əmanət faizləri artanda əhali əlində olan əlavə pulun bir hissəsini banklara qoyur, banklarsa bahalı vəsait cəlb etdiyinə görə kredit faizlərini qaldırır.

 

Fondun son qərarından sonra əmanətlərin illik faiz dərəcəsinin artması müşahidə ediləcək. Son məlumatlara əsasən, bankların kredit portfelində əmanətlərin payı55 faizə yaxındır. Deməli, əmanət faizlərinin artması kredit faizlərinə də artırıcı təsir edəcək.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...