Bakılı Sankt-Peterburqun qubernatoru seçilib

Bakılı  Sankt-Peterburqun qubernatoru seçilib
 

Aleksandr Beqlov Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru seçilib.

Sfera.az bildirir ki,  Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, Sankt-Peterburqun qubernatoru vəzifəsini icra edən A. Beqlov 64,47 faiz səslə irəlidədir.

Sankt-Peterburqda artıq seçki protokollarının 98,93 faizi sayılıb.

Rusiyanın Baş naziri Dmitri Medvedyev də qələbə münasibətilə A. Beqlovu təbrik edib.

Qeyd edək ki, A. Beqlov 1956-cı ildə Bakı şəhərində anadan olub.


OXŞAR XƏBƏRLƏR