Bakıda X Çağırış Kubokunun qalibləri müəyyənləşdi - FOTO

Bakıda X Çağırış Kubokunun qalibləri müəyyənləşdi - FOTO
 

Qaliblər mükafatlandırıldı

Azərbaycan Gənclər Fondunun dəstəyi və "Xəzər İntellektual Gənclər Klubu"nun təşkilatçılığı ilə X Çağırış Kubokunun final oyunları keçirilib.

BakuCity.az xəbər verir ki, "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə keçirilən X Çağırış Kuboku turniri Azərbaycan dilli hərəkatın ənənəvi turnirlərindəndir. Kubokun keçirilməsində məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.

Kubok çərçivəsində Gəncə və Bakı şəhərlərində seçim turları keçirilib, finala vəsiqə qazanan komandalar müəyyən edilib. Finala paytaxt Bakı ilə yanaşı, Quba, Gəncə, Lənkəran, Goranboy, Mingəçevir, Şəki, Sabirabad, Sumqayıt təmsilçiləri də daxil olmaqla 31 komanda vəsiqə qazanıb.

Turnirin finalı 30 noyabr – 1 dekabrda Bakıda təşkil edildi. Finalda təmsil olunan komandalar Çağırış Kuboku və Regionlar Kuboku uğrunda mübarizə aparıblar. Turnirin ilk günü "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilən yarışlarda bu iki kubokun qalibləri müəyyənləşib.

Regionlar Kubokunu Şəki şəhərini təmsil edən "Marxal Resort" komandası, 2-ci və 3-cü yeri isə müvafiq olaraq Sabirabad və Gəncəni təmsil edən eyniadlı komandalar qazanıblar. Çağırış Kuboku turnirində isə "Kidderminister" rəqibləri üçün əlçatmaz olub. 2-ci yeri "Nəriman Vəliyevin komandası", 3-cü yeri isə "Veni Vidi Vicious" tutub.

Çağırış Kubokunun yekunlarına görə 8 komanda "Xəmsə" Milli İntellektual Oyunu üzrə yarışa vəsiqə qazanıblar. Bu turnirdə isə "Maqnat" komandası qalib olub. 2-ci və 3-cü yerin sahibi isə "Veni Vidi Vicious" və "Gəncə" komandaları olub.

Qaliblər kubok, medal və diplomlarla mükafatlandırılıblar.

 BakuCity.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...