Bakıda polis polkovnikinin oğlunun ölüm SƏBƏBİ BİLİNDİ (TƏFƏRRÜAT)

Bakıda polis polkovnikinin oğlunun ölüm SƏBƏBİ BİLİNDİ (TƏFƏRRÜAT)
Polis polkovniki Əliaslan Ağayevin oğlu Orxan Ağayevin faciəvi ölümünün təfərrüatı məlum olub.
Sfera.az xəbər verir ki, ailəyə yaxın şəxslərin Bakupost.az-a verdiyi məlumata görə, 28 yaşlı O. Ağayevin ölümü intihar yox, qəza olub. Bildirilir ki, gənc oğlanın anası ondan evin pəncərəsinə bağlı paltar asmaq üçün ipi düzəltməyini istəyib. Orxan pəncərədə paltarasılanın ipini düzəldərkən ehtiyatsızlıqdan yıxılaraq faciəvi şəkildə dünyasını dəyişib.

Ailənin yaxınları onu da qeyd edir ki, Orxan Ağayev dindar olub və namaz qılırmış. O, həmçinin, Dövlət Yol Polisindəki işini də davam etdirirmiş.
Onu da bildirək ki, faciəvi hadisə baş verən zaman evdə Orxanla bərabər anası da olub və hadisə qadının yanında baş verib.

Qeyd edək ki, O. Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi Əliaslan Ağayevin oğludur.

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...