Bakıda park zəbt edildi: tikinti gedir... - VİDEO

Bakıda park zəbt edildi: tikinti gedir... - VİDEO
Bakının Z.Bünyadov prospekti ilə A.Gəraybəyli küçələrinin kəsişməsində yerləşən keçmiş trolleybus parkının ərazisi işbazlar tərəfindən zəbt edilməkdədir.

Bu barədə Axar.az-a sözügedən ərazidə yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, 10 hektardan artıq sahəsi olan bu parkda 500-ə qədər şam ağacı var. Lakin Bakıda trolleybusların hərəkəti ləğv olunandan sonra parkın ərazisində müxtəlif müəssisələr, o cümlədən 20-yə qədər avtomobil yuma, maşın təmiri sexi, bir neçə dəmir qəbulu, xeyli sayda heyvan saxlama və kəsimi məntəqəsi fəaliyyətə başlayıb.

Ətraf binalarda yaşayanlar maşın yuma səslərindən, heyvan saxlanan yerlərdən gələn pis qoxudan evdə otura bilmirlər. Sakinlər qeyd ediblər ki, ərazidə yeni tikililər əsasən gecə saatlarında aparılır və bu da onların qeyri-qanuni olmasına dəlalət edir. Onlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini, burada görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyacaq park salınmasını dəfələrlə xahiş etdiklərini, lakin bir nəticə olmadığını deyiblər. Bildirilib ki, həmin ərazi Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyindədir, lakin nəzarət olmadığından işbazlar buranı ələ keçirmək üzrədirlər.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilov bildirib ki, sözügedən ərazi Nazirlər Kabinetinin 2013-cü ildə verdiyi müvafiq qərarla səfirliklərin və diplomatik korpusların yerləşdirilməsi üçün ayrılıb:

"Ərazi dövlət torpağıdır və orada heç bir özəlləşdirmə aparıla bilməz. Tam olaraq dövlətin, Əmlak Məsələləri Dövlət Komitəsinin nəzarətindədir. Hazırda orada müəyyən hissə Gürcüstan səfirliyinə verilib və onlar da öz ərazisini hasarlayıblar. Orada hər hansısa qeyri-qanuni tikinti aparılması mümkün deyil. Qeyd etdiyim kimi, ora ölkəmizdə digər ölkələrin diplomatik korpuslarının və səfirliklərinin yerləşdirilməsi üçün dövlət tərəfindən ayrılmış bir ərazidir”.
 
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...