No Image

Bakıda növbəti dezinfeksiya işləri aparıldı - FOTO

Bakıda növbəti dezinfeksiya işləri aparıldı - FOTO
 Bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti artıq 12-ci dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.  

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, gün ərzində mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər. 

Daxili İşlər Nazirliyinin şəxsi heyəti hər dəfə olduğu kimi 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi  ilə gün ərzində keçirilən bu dezinfeksiya işlərində yaxından iştirak ediblər.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin  balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər. 

Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Bu istiqamətdə bütün lazımı tədbirlər həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR

Anar Eyvazov: Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı davam edir - FOTO

 İşğal edilmiş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı qətiyyətli əks-hücum əməliyyatı davam edir. İtirilmiş mövqeləri geri qay...

Azərbaycan çempionu vətən uğrunda şəhid oldu - FOTO

 Atletika üzrə gənclər arasında Azərbaycan çempionu, Avropa Olimpiya təsnifat yarışlarının iştirakçısı, yeniyetmələr arasında Respublika Birinciliyinin qal...

Düşmənin atdığı mərmi Bərdədə həyətyanı sahəyə düşdü

  Ermənistan silahlı qüvvələri Azərbaycanın dinc əhalisini hədəfə almaqda davam edir.  Sentyabrın 30-u günorta saatlarında düşmən Bərdə rayonun...

İlham Əliyev və xanımının yaralı hərbçilərlə görüşündən - FOTOLAR

 Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sent...

Ermənistan “Toçka-U” taktiki raket kompleksini tətbiq edib

  Bir müddət əvvəl Ermənistan silahlı qüvvələri "Toçka-U” taktiki raket kompleksini tətbiq edib. Bu barədə Sfera.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mət...

Erməni əsgərlərin meyitləri yük maşınları ilə daşınır - VİDEO

  Düşmənin itkiləri ilə bağlı daha bir görüntü yayılıb.  Sfera.az  xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda çox sayda erməni ə...