Bakıda müdirini öldürən gənc: “Söyməzdi, vurmazdım”

Bakıda müdirini öldürən gənc: “Söyməzdi, vurmazdım”
İşlədiyi çörək sexinin müdirini öldürməkdə ittiham edilən 23 yaşlı İsmayıl Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hadisə Bakı şəhəri, NZS qəsəbəsində "Batabat” kafesində baş verib. Çörək sexində çalışan İsmayıl Cəfərov sexin sahibi Elmar Qasımovu mübahisə zəminində bıçaqlayıb. Nəticədə E.Qasımov ölüb. İsmayıl Cəfərov ifadəsində müdiri tərəfindən təzyiqlərə məruz qaldığını və işdə olarkən sıxışdırıldığını iddia edib.

İsmayıl Cəfərov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, İ.Cəfərovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mərhumun atası isə İCəfərova daha ağır cəza verilməsini xahiş edib. Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışında bildirib ki, İ.Cəfərovun niyyəti adam öldürmək olmayıb və hadisə mərhum Elmar Qasımovun işçisi İsmayıla qarşı kobud rəftarının nəticəsində baş verib.

Vəkil məhkəmədən İ.Cəfərovun əməlinin Cinayət Məcəlləsinkn 120.1-ci (qəsdən adam ölürmə) maddəsindən 126.3.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ölümlə nəticələndikdə) maddəsinə tövsif edilməsini istəyib. O həmçinin hökm çıxarılarkən İsmayıl Cəfərovun əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsinin nəzərə alınmasını xahiş edib

İ.Cəfərov da son sözündə mərhumu öldürmək niyyətinin olmadığını deyib.

Bu zaman təqsirləndirilənin qohumları ilə və zərərçəkmiş tərəfin ailə üzvləri arasında mübahisə yaranıb.

Mərhumun atası təqsirləndirilən şəxsin dəmir barmaqlıqlar arxasında əllərinin qandalsız olmasına etirazını bildirib. Onun bu etirazı təqsirləndirilənin qohumları tərəfindən narazılıqla qarşılanıb. Tərəflər arasında mübahisə böyüyüb. İsmayıl qətlə yetirdiyi şəxsin atasına "oğlun da sənin kimi danışırdı” deyib, ardınca isə üzünü anasına tutaraq "ay ana, narahat olma. Günah öləndə olur. Söyüş söyməzdi, vurmazdım” deyib.

Mərhumun atası isə "söymüşdü, sən də onu söyərdin. Amma narahat olma, sən hələ içəridə çox söyüləcəksən” deyib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən İ.Cəfərov 13 il müddətinə azadlıqdan məhrum edilib.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...