Bakıda metro stansiyalarının tikintisində çıxarılan torpaqlar hara tökülür?

Bakıda metro stansiyalarının tikintisində çıxarılan torpaqlar hara tökülür?
"Bakı Metropoliteni" QSC-nin yeni stansiyalarının tikintisi zamanı çıxarılan torpaqlar paytaxtın müxtəlif ərazilərindəki çökəkliklərə boşaldılır”.

Sfera.az  xəbər verir ki, bunu "report”a açıqlamasında qurumun Tikinti departamentinin rəisi Məzahir Nəbiyev deyib.

"Həmin əraziləri müvafiq icra strukturları müəyyən edir. Bu gün inşası davam edən, şərti adı "B-4” olan stansiyadan indiyə qədər 30 min kubmetr torpaq çıxarılıb.

Ümumilikdə 4 pilləli olacaq stansiyadakı işlərin sonuna qədər bu həcmin 100 min kubmetrə çatacağı gözlənir. Qazıntı zamanı çıxarılan torpaq Qaradağ rayonunun ərazisində - Sədərək və Binə Ticarət Mərkəzlərinin arasında yerləşən göllənmiş çökəkliyə tökülür.

Bundan öncə istifadəyə verilən "8 Noyabr” stansiyasının yerindən çıxarılmış torpaq da həmin əraziyə tökülmüşdü.

Şəhərin Şərq tərəfində qazıntı işləri apararkən isə qazıntı torpaqları Zığ-Hövsan yolunun üzərindəki çökəkliyə tökülür.

Daha əvvəllər isə qazıntı zamanı çıxarılan materiallar Binəqədi rayonu Baksol yolu ərazisində yerləşən neftlə çirklənmiş ərazilərə daşınırdı.

Bütün bunlar üçün isə əraziləri bizə Bakı Şəhər İcra Hakimiyyəti və aidiyyəti rayon icra hakimiyyəti təqdim edir”, - deyə o qeyd edib.

Ümumi uzunluğu 170 metr olan "B-4" stansiyasının dərinliyi relyefdən asılı olaraq 29-32 metr arasında dəyişir. Stansiyanı "8 Noyabr" stansiyası ilə birləşdirən 1 010 və 1 021 metr uzunluqlarında iki tunel inşa olunub.

OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...