Bakıda kütləvi şəkildə ölən qarğalarla bağlı RƏSMİ AÇIQLAMA/FOTOLAR

Bakıda kütləvi şəkildə ölən qarğalarla bağlı RƏSMİ AÇIQLAMA/FOTOLAR
Son vaxtlar Bakıda quşların, əsasən də qara qarğaların kütləvi ölümünə rast gəlinir.

Sfera.az bildirir ki, bu barədə oxucular BAKU.WS-in qaynar xəttinə məlumat veriblər.

Deyilənləri dəqiqləşdirmək üçün paytaxtın bəzi parklarında olduq. "Elmlər Akademiyası” yaxınlığındakı parkda kütləvi qarğa ölüləri ilə rastlaşdıq.

"Memar Əcəmi” metrosu yaxınlığındakı parkda da eyni vəziyyət idi.

Qarğalar niyə kütləvi şəkildə ölür?

Suala cavab tapmaq üçün AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifova müraciət etdik. Professor sayta açıqlamasında bildirdi ki, qarğaların kütləvi ölümü bir sıra amillərlə bağlı ola bilər.

"Bunun səbəblərindən biri də xəstəliklərin yayılması, müəyyən sanitar tədbirlərdir. Əvvəllər sahibsiz itlər, pişiklər və qarğalar çox idi. Bunun da səbəblərindən biri zibilliklərin çox olması idi. İndi zibil yeşikləri bağlanır, ətrafa atılan tullantılar yığılır.

Digər məsələlərdən biri də xəstəliklərin olmasıdır.

Qarğaların kütləvi ölümü əslində təbiətdə balansın tənzimlənməsidir. Çünki son illər qarğalar həddindən artıq çoxalmışdı. Qarğalar ağıllı və güclü heyvanlardır. Onlar digər heyvanları sıxışdırıb çıxarırdılar. Onların ölməsi təbiətdə bioloji müxtəlifliyin qorunmasına kömək edəcək”, - deyə Elman Yusifov bildirib.

Ornitoloq Elçin Sultanov da sayta açıqlamasında bildirdi ki, əvvəllər bizdə bu qədər quş ölümünə rast gəlinmirdi:

"Əslində küçədə gördüyümüz qarğa ölüləri zağca növüdür. Onların məhv olmasının bir neçə səbəbləri ola bilər. Əsas səbəblərdən biri də keçirilən dezinfeksiya işləridir.

Dezinfeksiyaedici məhlulların tərkibindəki kimyəvi maddələr, zəhər otun və torpağın üstünə tökülür.

Torpaqda da torpaq qurdları yaşayır. İnsanlar arasında onlara soxulcanlar da deyilir. Yerə tökülən zəhərli maddələr soxulcan tərəfindən qəbul edilir.

Qarğalar da onları yeyəndə zəhərlənirlər. Kimyəvi maddə və zəhər qurda təsir etmir, lakin onlarla qidalanan quşlar bundan zəhərlənir. Zəhərli maddələr otla da heyvanlar tərəfindən qəbul edilir və ölümə səbəb ola bilər”.

OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...