Bakıda insanlar yanğından belə xilas edildi - VİDEO

Bakıda insanlar yanğından belə xilas edildi - VİDEO
Xəbər verdiyimiz kimi, bu gün Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq texnika və canlı qüvvəsi yanğın baş verdiyi ünvana cəlb olunub.

Yanğınsöndürən və xilasedicilərin peşəkarlığı, fərdi şücaəti və koordinasiyalı fəaliyyəti sayəsində yanğın qısa müddətdə söndürülərək mənzillərə keçməsinin qarşısı alınıb və bina sakinlərinin təhlükəsizliyi təmin olunub.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəli vəziyyətdə qalmış yeddi nəfər bina sakini təxliyyə olunaraq həyatları xilas edilib.

Yanğın nəticəsində binanın şaxtasından (1-ci mərtəbədən 16-cı mərtəbəyə kimi) keçən elektrik kabelinin izolyasiyaedici üzlüyü yanıb, mənzillər yanğından mühafizə olunub.

Yanğınla mübarizə məqsədilə xüsusi təyinatlı texnikaların binanın həyətinə girişdə avtomobillərin nizamsız park edilməsi səbəbindən rastlaşdığı çətinliyi nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, bina və yaşayış komplekslərinin həyətlərinə girişdə, habelə həyətlərdə avtomobilləri yalnız parklanma üçün nəzərdə tutulmuş yerlərdə nizamla park edilməsini xahiş edir.


OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...