Bakıda dəmir yolu keçidində qumbara tapıldı - FOTOLAR+VİDEO

Bakıda dəmir yolu keçidində qumbara tapıldı - FOTOLAR+VİDEO
Bakıda dəmir yolu keçidində qumbara tapılıb.

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində dəmir yolu keçidində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib.

Ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş partlayış təhlükəli əşyanın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Qumbara pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
 


OXŞAR XƏBƏRLƏR

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...