Bakıda daha iki marşrut xətti birləşdirildi

Bakıda daha iki marşrut xətti birləşdirildi
 

Bakı Nəqliyyat Agentliyi optimallaşdırılma işləri çərçivəsində daha iki marşrut xəttini birləşdirib.

Bakı Nəqliyyat Agentliyindən Sfera.az-a  verilən məlumata görə, 168 və 186 nömrəli müntəzəm marşrut xətləri birləşdirilərək bir nömrə (186 nömrə) altında təşkil edilməsinə qərar verilib. Sentyabrın 11-dən xətt üzrə sərnişindaşıma fəaliyyəti əsaslı təmir olunan nisbətən iritutumlu avtobuslarla həyata keçiriləcək.

Məlumatda bilrdirilir ki, Albalılıq yaşayış massivinin sakinlərinin Bakıxanov qəsəbəsi, Neftçilət m/st. və 8-ci km bazarı istiqamətinə gediş - gəlişin rahatlaşması, marşrut sayının optimallaşdırılması ilə Zabrat yolu və digər ərazilərdə yaranan nəqliyyat sıxlığının azalması, 168 və 186 nömrəli marşrutların bir-birini 24.5 km təkrarlamasını aradan qaldırmaq məqsədilə bu addım atılıb. Bununla da, kiçik tutumlu avtobuslar nisbətən iri tutumlu avtobuslarla əvəzlənmiş olacaq.

 

Qeyd edək ki, 168 və 186 nömrəli müntəzəm marşrut xətləri üzrə hazırda istismarda olan avtobusların texniki vəziyyəti, kiçiktutumlu olması eləcə də, digər çatışmazlıqlar barədə vətəndaşlardan Alo141 Çağrı Mərkəzinə mütəmadi olaraq müraciətlər daxil olmaqdadır. Hər iki marşrut xətti üzrə hərəkət sxemlərinin üst-üstə düşməsi də öz növbəsində əlavə problemlərə səbəb olur.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda koronavirusdan ilk ölümün qeydə alındığı kənddən — VİDEOREPORTAJ

Baku TV komandası bu həftə Lənkaranın Boladi kəndinə üz tutub.   Bura koronavirusdan ölən ilk şəxsin olduğu kənddir. 10 000 əhalisi olan kənddə i...

"Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb"

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının koronavirusa yoluxmuş şöbə müdiri Cavid Paşayevin vəziyyəti ağırdır.   Sfera.az...

Azərbaycanda YENİ QADAĞA - Bu gündən LƏĞV EDİLDİ

Xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilib. Sfera.az-ın məlumatına görə, Nazirlər ...

Nazirlər Kabineti daha 2 Vahid Formanı təsdiq edib

 Nazirlər Kabineti "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində aldığı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar...

TƏBİB məlumat yaydı - SON DƏQİQƏ!

 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 10-na olan statistik göstəriciləri açıqlayıb. Sfera.az xəb...

Ekspert: “Son dövrdə BNA-a qarşı iradlar qərəzli xarakter daşıyır”

Son günlər Bakı Nəqliyyat Agentliyinin (BNA) əleyhinə sosial şəbəkələrdə bəzi yazılar paylaşılır. Xüsusən agentliyin elan etdiyi tenderlərə qarşı müəyyən ittiha...