Bakı-Quba yolu yenidən qurulacaq

Bakı-Quba yolu yenidən qurulacaq

Bakı-Quba-Rusiya sərhədi avtomobil yolu yenidən qurulacaq.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

A.Nəcəflinin sözlərinə görə, adıçəkilən avtmobil yolunun yenidən qurulması ilə bağlı lazımi işlər görülür: "Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 132 kilometrlik Bakı-Gəndob hissəsində tikinti zamanı podratçıların işinə nəzarətin zəif olması nəticəsində buraxılan konstruktiv səhvlər, o cümlədən layihədə nəzərdə tutulmuş ərazilərdə qrunt sularının ötürülməsi üçün drenaj sisteminin pis tikilməsi və ya ümumiyyətlə olmaması, həmçinin Qubadan Bakı şəhərinə doğru normadan artıq yüklənmiş yük maşınlarının hərəkəti nəticəsində yolun monolit-beton örtüyündə çatlar əmələ gəlib, dağılmış hissələr meydana gəlib. Bu isə əhalinin haqlı narazılığına səbəb olub".

Qurum rəsmisi deyib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi çalışır ki, yolda təmir-bərpa işlərini həyata keçirsin. Lakin yol artıq əsaslı şəkildə yenidən qurulmalıdır: "Yolun müəyyən hissələrində cari təmir işləri həyata keçiririk. Amma bu, həmin yolda yaranan problemin müəyyən qədər həll edilməsi üçün edilir ki, avtomobillərin hərəkətində ciddi problem yaşanmasın. Bununla bağlı aidiyyəti qurumlar məlumatlandırılıb. Yaxın vaxtlarda həmin yolun əsaslı şəkildə yenidən qurulması istiqamətində addımlar atılacaq".

 

A.Nəcəfli bildirib ki, bununla yanaşı, Bakı-Quba-Rusiya sərhədi istiqamətində yeni yol inşa edilir: "Həmin yol Hacı Zeynəlabdin Tağıyev qəsəbəsindən, yəni Bakı-Quba Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən başlayaraq Rusiya sərhədinə qədər davam edir. Bu yolun ümumi uzunluğu 152 kilometrdir. Yolun 2021-ci il ərzində yenidən qurularaq istifadəyə verilməsi planlaşdırılır. Yol müasir standartlara cavab verən 1-ci texniki dərəcəli olacaq. Bu yol istifadəyə veriləndən sonra mövcud olan Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun Bakı-Gəndob hissəsinin yenidən qurulması nəzərdə tutulur".

OXŞAR XƏBƏRLƏR

Ölkənin bəzi ərazilərində şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

 İyulun 12-si səhərədək ölkə ərazisində bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub. Milli Hidrometeorologiya Xi...

Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib - VİDEO

 Həftəsonu sərt karantin rejiminin elan edildiyi paytaxt Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib. Sfera.az Xezerxeber.az...

Azərbaycanda kəndi sel basdı - maşın sular altında qaldı

  Qobustan rayonunun Poladlı kəndində yağan güclü yağışdan sonra dağlardan gələn sel suları sakinlərə böyük ziyan vurub. Sfera.az APA-ya istinadla x...

Atəşkəs rejimi 43 dəfə pozulub

  Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 43 dəfə pozub. Müdafiə Nazirliyindən Sfera....

Rayonlara leysan yağıb - FAKTİKİ HAVA

 Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, iyulun 11-i saat 18:00-a...

"Bütün nəqliyyat vasitələrinin fəaliyyətini bərpa etmək lazımdır"

 Son günlərdə metropolitenin fəaliyyətini dayandırması ilə ictimai nəqliyyatın yükü avtobus şəbəkəsinin üzərinə düşüb. Bakı Nəqliyyat Agentliyi sərnişin ax...