Bakı Nəqliyyat Agentliyi tibbi maskadan istifadə ilə bağlı əlavə tədbirlər görür - FOTOLAR

Bakı Nəqliyyat Agentliyi tibbi maskadan istifadə ilə bağlı əlavə tədbirlər görür - FOTOLAR
 Avtobuslarda sürücülərin və sərnişinlərin tibbi maskadan istifadə qaydalarına riayət etməsi üçün əlavə tədbirlər həyata keçirilir. 

Sfera.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir. 

"Sərnişin axını nəzərə alınmaqla, əvvəlcədən müəyyən olunmuş 34 məntəqədə əməkdaşlarımız tərəfindən sürücülərin və sərnişinlərin tibbi maskadan istifadəsinə nəzarət edilir, sərnişinlərlə maarifləndirmə xarakterli söhbətlər aparılaraq maskadan istifadənin vacibliyi bir daha onların diqqətinə çatdırılır.

Son bir neçə gün ərzində həyata keçirilən intensiv nəzarət tədbirləri artıq müsbət nəticələr verməkdədir. Aparılan müşahidələr onu göstərir ki, avtobuslarda tibbi maskadan istifadə edənlərin sayında ciddi artım müşahidə edilir və sərnişinlərimizin məsuliyyət hissi ilə qaydalara riayət etməsi təqdirəlayiqdir.

Tibbi maskdan istifadənin mütləq olduğunu nəzərə alaraq, bir daha sərnişinlərə bu məsələlərə anlayışla, sosial məsuliyyət mövqeyindən yanaşmağı tövsiyə edirik.

Xahiş edirik ki, sərnişinlər maskadan istifadə etməyənləri ictimai qınağa çəkməklə onları məsuliyyətli olmağa, tibbi maskadan istifadəyə məcbur etsinlər. Həmçinin, bildiririk ki, yarana biləcək narahatlığa görə məsuliyyət tibbi maskadan istifadə etməyən sərnişinlərin üzərinə düşür", - deyə qurum bəyan edib. 

OXŞAR XƏBƏRLƏR

SON DƏQİQƏ! TƏBİB məlumat yaydı

 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 6-nə olan statistik göstəriciləri açıqlayıb. Sfera.az xəbə...

DTX-nın həbs etdiyi Səlim Əlizadənin qardaşı bu vəzifəli şəxsdir - FOTO

 DTX-nın həbs etdiyi XİN vəzifəlisi Səlim Əlizadənin qardaşı Bakı Dövlət Universitetində dekan vəzifəsində çalışır. Sfera.az xəbər verir ki, Hikmət Ə...

Prezident və birinci xanım Bakıda modul tipli hospitalın açılışında iştirak ediblər

  İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin T...

Yeni başçı Neftçalanın su problemini həll etdi - FOTOLAR

  İçməli su çatışmazlığının müşahidə olunduğu Neftçala şəhərində və rayonun bir sıra kəndlərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi...

Bakı-Sumqayıt qatarlarının hərəkəti dayandırılır

Xüsusi karantin rejiminin sərtləşdirilməsi müddətinin uzadılmasını nəzərə alaraq, sabahdan əlavə göstərişə qədər Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət e...

Sərnişin sayı kəskin azalıb: “Daşıyıcı şirkətlərə dotasiya ayrılsın” - EKSPERT

  Pandemiya şəraitində karantin rejiminin tətbiqi ilə küçəyə çıxan və fəaliyyətini davam etdirən şəxslərin sayının azalması ictimai nəqliyyatdan, eləcə də...