No Image
No Image

Bakı İrəvandan bunu tələb edəcək - Yeni razılaşmanın müddəaları

Bakı İrəvandan bunu tələb edəcək - Yeni razılaşmanın müddəaları
Moskvada imzalanmış 11 yanvar Bəyanatı 10 noyabr 2020-ci il tarixli Bəyanatın əhatə dairəsini genişləndirir. Qarabağın siyasi məsələləri Azərbaycanın tamamilə daxili işidir və bu səbəbdən beynəlxalq müqavilələrlə tənzimlənməməlidir.

Sfera.az  xəbər verir ki, bunu açıqlamasında rusiyalı politoloq, hərbi ekspert Oleq Kuznetsov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Qarabağ münaqişəsinin artıq tarix olduğunu söylədiyini xatırlasaq, Moskvadakı görüşdə söhbətin hərbi-siyasi deyil, iqtisadi məsələlərlə bağlı olacağı gözlənilən idi:

"Bu, Frederix Engelsin varlığın şüuru təyin etdiyi tezisinə tam uyğundur. Marksizm burada da bütün şöhrəti ilə özünü göstərib”.

Ekspertin sözlərinə görə, görüş Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması, yəni Azərbaycan və müttəfiqləri tərəfindən rəsmi İrəvanın iqtisadi blokadasına son qoyulması məsələsinin həllinə həsr olunmuşdu, lakin bundan əldə ediləcək faydalar qarşılıqlı olacaq:

"Bununla Ermənistan Rusiya ilə, Azərbaycan Naxçıvan və Türkiyə ilə, Rusiya Ermənistan və Türkiyə ilə birbaşa dəmiryolu əlaqəsi əldə edir. Yəni bu, makroiqtisadiyyat baxımından faydalıdır. Hətta bu istiqamətdə irəliləməni təmin edəcək tədbirlər və bunların həyata keçirilməsinin konkret tarixləri qeyd edilib.

Nəticədə, Azərbaycan-Ermənistan rəsmi təmasları məsələsində ilk qaranquşa çevriləcək daimi üçtərəfli hökumətlərarası işçi qrupu yaradılır. Bu qrupa iki ölkə arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üçün "yol xəritəsi” hazırlamaqdan ötrü iki ay vaxt verilir. Bundan sonra təkliflər ən yüksək səviyyədə təsdiqlənməlidir.

Görünən odur ki, Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşləri tezliklə nizamlı xarakter alacaq: "birincisi təsadüf, ikincisi trend, üçüncüsü bir sistem”. Daha bir görüş isə mart ayının ilk ongünlüyündə baş tutacaq. Burada Qarabağın müharibədən sonrakı inkişafının ilk aralıq nəticələri yekunlaşdırılacaq”.

Ekspert üç dövlət başçısının görüşünün hansı məsələlərə həsr olunmasından asılı olmayaraq, siyasi bir görüş olduğunu, bu səbəbdən də yeni razılaşmanın vaxtında və tam olaraq həyata keçiriləcəyinə dair tamamilə təbii və ağlabatan bir sual ortaya çıxdığını əlavə edib:

"Hamımız görürük ki, 10 noyabr tarixli Qarabağ razılaşmasının erməni ordusunun tərk-silah edilməsinə dair müddəalarının icrasına maneə törədilir. Və bu razılaşmaya əməl edilməməsi avtomatik olaraq növbəti müqavilənin yerinə yetirilməməsinə səbəb ola biləcəyi üçün təhlükəli bir presedent yaradır. Lakin yeni razılaşmada atılması asan olan hərbi-siyasi addımlardan daha çox, inzibati-bürokratik addımlar nəzərdə tutur. Hər halda, bundan sonra Qarabağ məsələsinin müharibədən sonrakı həllinə dair bir-birinə tamamilə bağlı olan iki razılaşma var.

Hətta yeni razılaşmanın müddəalarının icrası əvvəlki bəyannamənin həyata keçirilməsi ilə əlaqələndirildiyi zaman Bakının hədəflərinə çatmaq üçün İrəvana yeni bir təzyiq alətinə sahib olduğunu söyləmək olar. Yəni ki, "İran və ya Rusiya ilə Azərbaycan ərazisi vasitəsilə ticarət etmək istəyirsinizsə, o zaman Qarabağda tərk-silah olunun”. (Axar.az)
 
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Makronu Ərdoğana məktub yazmağa vadar edən səbəblər – Politoloqdan açıqlama

"Bu Fransa prezidentinin xarici siyasətdəki uğursuzluğu ilə bağlıdır. Türkiyənin qarşısında Makronun atdığı bütün addımlar uğursuzluğa düçar olub”. B...

Prezident Qarabağ Dirçəliş Fondu ilə bağlı FƏRMAN İMZALADI

Prezident İlham Əliyev "Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında" fərman imzalayıb. Sfera.az xəbər verir ki, sənədə əsasən, "...

Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

"Vüqar Səfərli işi” davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli ittiham üzrə "yediyi”...

Lavrov erməniləri niyə məyus etdi? – “Qarabağın statusu müzakirə mövzusu deyil” açıqlamasına REAKSİYA

"Bu açıqlama ondan xəbər verir ki, Dağlıq Qarabağın status məsələsini ATƏT-in Minsk qrupu müzakirə etməlidir və edəcək”. Bunu Sfera.az-a açıqlamasında Rus...

Navalnının qayıdışı, Ukrayna ilə müttəfiqlik... – Co Bayden Rusiyaya hansı sürprizlər hazırlayıb?

"Rusiya üçün Baydenlə ortaq nöqtələr tapmaq son dərəcədə çətin olacaq. Ümumiyyətlə çətin ki, ortaq nöqtələr tapılsın".   Bunu Sfera.az-a açıqlaması...

Əli Həsənovu həbsxanaya aparan yol - Biznes imperiyasında nələr var

Həyat bumeranqdır və edilən bütün əməllər zaman axarında mütləq geri dönür. Son günlərin ən çox müzakirə obyekti də bir zaman mətbuatı öz "sehirli çubuğu”...